"Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
9 Avqust 2017 14:03 Dünya"Neft Daşları" yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.