Azərbaycanın ərazi bütövlüyünə qarşı NÖVBƏTİ TƏXRİBAT

Mapbox.com və Openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib. İnternet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.

Xəritədə Xankəndinin Stepanakert, Ağdərənin Mardakert, Kəlbəcərin Karvacar, Xocavəndin Martuni kimi göstərilməsi Azərbaycana qarşı növbəti təxribatdır. Şübhəsiz ki, xəritə təxribatının arxasında ermənilər durur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın tarixi ərazilərinin adlarının təhrif olunması və erməni adı ilə göstərilməsi beynəlxalq konvensiya və qanunlara ziddir. Bundan öncə də ölkəmizə qarşı oxşar təxribatlara yol verilib. Azərbaycan dəfələrlə bununla bağlı aidiyyəti qurumlara etirazını bildirib. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31