Əsəd rejimi uşaq evini BOMBALADI

Suriyada Əsəd gücləri atəşkəs elan edilən Şərq Guta bölgəsində yaşayış yerlərinə quru və havadan hücum təşkil edib. Hücum zamanı 1 nəfər həlak olub, 13 nəfər  yaralanıb. “Olaylar” bildirir ki, Əsəd rejimi Suriyanın Cobara şəhərində yerləşən uşaq evini də bombalayıb.

Suriyada Əsəd gücləri atəşkəs elan edilən Şərq Guta bölgəsində yaşayış yerlərinə quru və havadan hücum təşkil edib. Hücum zamanı 1 nəfər həlak olub, 13 nəfər  yaralanıb.
"Olaylar" bildirir ki, Əsəd rejimi Suriyanın Cobara şəhərində yerləşən uşaq evini də bombalayıb.
Cobarda fəaliyyət göstərən jurnalist  Məhəmməd Əbu Eyad bildirib ki, xoşbəxtlikdən uşaq evi istifadəyə yararsız olduğu üçün orada heç kim yox idi. "Buna baxmayaraq, şəhərdəki bəzi evlər yararsız haldadı" - deyə, Məhəmməd Əbu Eyad bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31