2 il əvvəl Facebook-dan etdiyi paylaşımda necə öləcəyini yazmışdı - VİDEO

Türkiyənin Tekirdağ vilayətində idarə etdiyi avtomobilin şərab dolu yük maşını ilə toqquşması nəticəsində həyatını itirən 22 yaşlı Emrah Karaca 2 il əvvəl sosial şəbəkə hesabından etdiyi paylaşım ilə necə öləcəyini təxmin edibmiş.

Türkiyənin Tekirdağ vilayətində idarə etdiyi avtomobilin şərab dolu yük maşını ilə toqquşması nəticəsində həyatını itirən 22 yaşlı Emrah Karaca 2 il əvvəl sosial şəbəkə hesabından etdiyi paylaşım ilə necə öləcəyini təxmin edibmiş. Qəzada ağır yaralanan Karacaya ilk müdaxiləni hadisə yerinə gələn təcili yardım briqadası edib. Təcili yardımla Şarköy Dövlət Xəstəxanasına çatdırılan Emrah Karaca xəstəxanada həyatını itirib. Qəza zamanı yük maşını sürücüsüFehim Demirok isə yüngül yaralanıb.

Qəzada ölən gənc Karacanın Facebook hesabından 2 il əvvəl yol qəzası ilə bağlı etdiyi paylaşım diqqət çəkib. Karacanın "Bəlkə qəza keçirərək, bəlkə yuxuda bir gün öləcəyəm. O gündən sonra kədərlənməyinə səbəb olacaq tək şey: bir daha mənim kimi səni heç kim düşünməyəcək" yazdığı diqqət çəkib. Milli.az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31