Ermənistan Türkmənistan prezidentinin Azərbaycana səfərindən narahatdır
“Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir. Məsələ burasındadır ki, işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
9 Avqust 2017 11:56 SiyasətElxan Şahinoğlu: "Çünki işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib"
"Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir. Məsələ burasındadır ki, işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir: "Bu ideyanın utopik olmasına baxmayaraq, İrəvan ümidini itirmir.Məsələn Ermənistan prezidenti Serj Sərkisyan İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan fomatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır. Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər - Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır".