Sevgilisinin gözəllik salonuna gələn oğlanı güllələdilər - VİDEO

Türkiyənin Konya şəhərində sevgilisinin gözəllik salonuna gələn Veysel A. naməlum bir şəxs  tərəfindən pnevmatik tüfənglə ayağından vurulub.  Veysel A.-nı ayağından vuran şəxs hadisə yerindən qaçıb. Bütün bu anlar isə təhlükəsizlik kamerasına anbaan qeyd edilib.

Hadisə ötən axşam saat 21:45 radələrində baş verib. Salonun qarşısında söhbət etdikləri zaman bir nəfər onlara doğru gələrək öncə iş yerini gözdən keçirib, sonra Veysel A-ya özüylə gətirdiyi tüfəng ilə atəş açıb. Ayağından yaralanan gənc qan içində yerə yıxılıb. Hadisə yerinə polis və təcili yardım qrupları gəlib. Yaralanan Veysel A.-nı təcili yardımla Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırıblar. Polis şübhəliləri tutmaq üçün axtarışa başlayıb. Milli.az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31