AÇ-2017: Ukrayna Bakıya gələcəyi tarixi açıqladı

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin Bakıya gələcəyi tarix dəqiqləşib. Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının iştirakçısı olacaq komanda sentyabrın 19-da paytaxtımızda olacaq.

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin Bakıya gələcəyi tarix dəqiqləşib. Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının iştirakçısı olacaq komanda sentyabrın 19-da paytaxtımızda olacaq.  Bunu milli baş məşqçisi Qari Yeqizarov açıqlayıb. O bildirib ki, artıq komandanın hazırlıq proqramına tam aydınlıq gəlib. Avro-2017-yə Ukraynada hazırlaşacaq milli avqustun 14-28-də İvano-Frankovskidə, ayın 29-dan sentyabrın 17-dək Yujnuda məşq keçəcək. İlk mərhələdə 16 voleybolçu iştirak edəcəksə, sonradan Ümumdünya Universiadasında olan oyunçular da komandaya qoşulacaq. Ukrayna millisi həmçinin yoxlama oyunları keçirəcək. Yujnu toplanışı zamanı 4 komandanın qatılacağı beynəlxalq turnirdə qüvvəsini sınayacaq Yeqizarovun yetirmələri Bakıya səfər öncəsi Türkiyəyə yollanacaq. Sentyabrın 17-də və 18-də "ay-ulduzlular"la 2 yoxlama oyunu keçirəcək ukraynalılar ölkəmizə də ordan gələcəklər.

Qeyd edək ki, Ukrayna C qrupunda Rusiya, Bolqarıstan və Türkiyə ilə qarşılaşacaq. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31