Yaponiyada qorxunc robot-canavar yaradıldı

Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb. Canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir.

Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb. Canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir. Gözlərinə qırmızı LED-işıq yerləşdirilib. Qurğu səs imitasiya sistemi ilə təchiz olunub və canavar, insan, atəş səsləri və digər səslər çıxarır. Robota yerləşdirilmiş infraqırmızı sensor hərəkəti izləyir və lazım gəldikdə gözləri və səsi qoşur. Belə görünür ki, robot-canavar gecələr nəinki heyvanları, hətta insanları da qorxudacaq. "JA Kisarazu-shi" kənd təsərrüfatı kooperativi tərəfindən yaradılmış robotun prototipi iyun ayında uğurla sınaqdan çıxarılıb. Qiyməti 1800 dollara yaxın olacaq. Satışların sentyabrda başlaması nəzərdə tutulub. İKT.lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31