“İnter”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi

"İnter"in 2017/18 mövsümündə ev oyunlarını hansı stadionda keçirəcəyinə aydınlıq gəlib. Paytaxt təmsilçisi "İnter Arena"dan ayrılmayacaq.  Klub bununla bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, AFFA və "Aqrarkredit" SKT arasında aparılan danışıqlar nəticəsində "İnter"in əsas və uşaq komandalarının yeni mövsümdə də "İnter Arena" stadionunda qalaraq, fəaliyyət göstərməsi qərara alınıb.

Bu isə o deməkdi ki, "İnter" növbəti mövsümdə də ev oyunlarını "İnter Arena"nın əsas meydançasında keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin komandaları da bu arenada fəaliyyət göstərəcək. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31