Pentaqondan hərbi bazalara əmr: dronları vurun!

Pentaqon ABŞ-ın 130-dan çox hərbi bazasına xüsusi əmr göndərərək təhlükə törədən özəl və kommersiya təyinatlı dronları vurmağa icazə verib.  

Pentaqon ABŞ-ın 130-dan çox hərbi bazasına xüsusi əmr göndərərək təhlükə törədən özəl və kommersiya təyinatlı dronları vurmağa icazə verib.   İKT.lent.az-ın Reuters"ə istinadən verdiyi xəbərə görə, Amerika hərbi komandanlığı hərbi baza və hava limanlarına çox yaxın uçan özəl dronların çoxalmasından ciddi narahatlıq keçirir. Bu ilin aprelində təhlükənin artması səbəbilə ABŞ hərbi bazaları üzərində bütün növ dronların uçuşu qadağan edilib.  

Qeyd edək ki, pilotsuz uçuş aparatları son vaxtlar xeyli populyarlaşıb. Əksər dron sahibləri onlardan kommersiya məqsədilə, məsələn aerofotoçəkilişlər üçün istifadə edir. "Amazon", "Google Alphabet" kimi iri şirkətlər isə internet vasitəsilə sifariş edilən malların çatdırılması üçün dronlardan yararlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31