Xəstəxanada şok kadrlar: hamilə tibb bacısını təpiklədi - VİDEO

Dəhlizdə tibb bacısı ilə mübahisə edən paramedik qəflətən qışqırmağa, söyməyə başlayıb. 35-40 yaşlı kişi qarşısındakı hamilə tibb bacısının saçından tutub dartandan sonra qadının qarnına təpik vurub.  

Dəhlizdə tibb bacısı ilə mübahisə edən paramedik qəflətən qışqırmağa, söyməyə başlayıb. 35-40 yaşlı kişi qarşısındakı hamilə tibb bacısının saçından tutub dartandan sonra qadının qarnına təpik vurub.  Olay Çilinin Valparasio şəhərindəki hospitallardan birində yaşanıb. Baş verənlər hospitalın dəhlizindəki videomüşahidə kamerası ilə anbaan çəkilib. Dəhlizədəki davanı görən mühafizəçilər olay yerinə yollanaraq paramedik kişini tutublar. Valparasio şəhərinin baş prokuroru Klaudio Uribenin dediyinə görə, hospitaldakı hadisə ilə bağlı istintaq başlanıb. Milli.az Daily Mail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31