Almaniya və Türkiyə RAZILAŞDI

Almaniya və Türkiyənin münasibətlərində əsas mübahisəli məsələlərdən biri həll edilib. Bu haqda şəxsi mənbələrə istinadən Almaniyanın ARD telekanalı bildirib. Mübahisəyə NATO-nun vasitəçiliyi ilə həll variantı tapılıb. Bundan sonra Almaniya parlamentinin deputatları Türkiyənin Konya şəhərindəki NATO bazasında xidmət edən alman ordusunun hərbi qulluqçularına baş çəkə biləcəklər.

Alman deputatların bazaya ziyarəti bundestaq tərəfindən deyil, NATO tərəfindən təşkil ediləcək. İlk ziyarətin sentyabrın 8-də reallaşması gözlənilir. Sonrakı addımlar haqqında danışıqlar davam edir. Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31