Arvadının müdiri ilə görüşdüyünü öyrəndi: hər ikisini iş yerində güllələdi

Kocaelinin Kandıra rayonunda bir nəfər həyat yoldaşı ilə görüşdüyü iddia edilən kişini güllələyib.  Çörək sexində nəzarətçi çalışan Cevat Taşdelen yanında işləyən Ümmmühan Y. -nin həyat yoldaşı tərəfindən silahlı hücum sonrası ölüb.  Hadisə səhər saatlarında baş verib. Əldə edilən məlumata görə, Hasan Y. adlı şəxs yoldaşı ilə yaşadığını iddia etdiyi Cevat Taşdelenin çörək sexinə gəlib. Ümmühan Y. və Cevat Taşdelenə silahını tuşlayan Həsən Y. 6 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Yaralanan hər iki şəxs yerə yıxılıb.

Hadisə şahidlərinin xəbər verməsindən sonra olay yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib. Həkimlər Cevat Taşdelenin həyatını itirdiyini müəyyən ediblər. Ağır yaralanan Ümmühan Y. isə ilk tibbi müdaxilədən sonra xəstəxanaya çatdırılaraq nəzarətə götürülüb.  Ümmühan Y. -nin sağlamlıq vəziyyətinin ağır olduğu deyilir. Hadisə sonrası qaçan Həsən Y. polislər tərəfindən tutulub. Hadisə ilə əlaqədar araşdırma başlanılıb. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31