Ermənistan vandalizm aktını davam etdirir
Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir. Günahsız mülki əhalini, xüsusən azyaşlı uşaqları hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi cinayət əməlləri təsadüfi xarakter daşımır. Belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azəraycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.
8 Avqust 2017 14:45 SiyasətCəzasızlıq ermənilərin uşaqları hədəfə almasına zəmin yaradır
Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir. Günahsız mülki əhalini, xüsusən azyaşlı uşaqları hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi cinayət əməlləri təsadüfi xarakter daşımır. Belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azəraycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir. Ermənistan tərəfinin bu tipli qanlı cinayətləri önəmli günlərdə, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində baş verməsi onun təsadüfi olmadığını göstərir. Doğrudan da, yaxın keçmişə nəzər saldıqda aydın olur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla nizama salınması istiqamətində aparılan danışıqların intensivləşdiyi bir vaxtda, vacib nəticələrin gözlənildiyi ərəfədə, həmsədrlərin regiona növbəti səfərləri ərəfəsində və ya ondan sonra bir qayda olaraq Ermənistan tərəfi atəşkəsi pozmuş, bu zəmində mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların qətlə yetirməsi halları artmışdır. Ötən dəfə də belə oldu - ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başa çatdıqdan sonra düşmən öz ənənəsinə sadiq qalaraq növbəti qanlı cinayət törətdi. İşğalçı Ermənistan 4 iyul 2017-ci ildə Füzulinin Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan açdıqları atəş nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 18 aylıq Quliyeva Zəhra həlak olmuşdu. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanmışdı. Sözügedən qanlı cinayətin bir ilinin tamamında yenidən azərbaycanlı uşaq erməni silahının hədəfinə tuş gəlib. İşğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirib. Avqustun 7-də axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində, öz həyində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar.
Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. O da faktdır ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yardır. Mülki azərbaycanlı əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan hökumətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına və böyük çətinliklər hesabına əldə edilmiş qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin heçə endirilməsinə səbəb ola bilər. Odur ki, münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatlar, ümumiyyətlə bütün beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamalı, təcili şəkildə təcavüzkarın yerinə oturdulması ilə bağlı qətiyyətli tədbirlər görməlidir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər də daxil olmaqla əksər güc mərkəzlərinin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi, terroru və s. özünün dövlət siyasətinə çevirmiş Ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratmışdır. ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla bir çox beynəlxalq təşkilatların bu münaqişəyə ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gündə Ermənistan 20-ci əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Bu isə bütün beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi, Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin nümayişkəranə sübutudur. Sirr deyil ki, Ermənistanın bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. İşğalçı ölkənin bu qəddarlığı 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Məhz bu baxımdan yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Çox təəssüf ki, dünyaya demokratiya, insan haqlarından dərs deyən beynəlxalq təşkilatlar yenə də susmaq yolunu seçiblər.
Alim