Avropada ZƏHƏRLİ YUMURTA QALMAQALI
Bir neçə gündür ki, Avropada zəhərli yumurta qalmaqalı gündəmdədir. Niderland, Belçika və Fransada yerləşən marketlərdə tərkibində Fipronil maddəsi olan zəhərli yumurtalar aşkar olunub. Fransa Kənd Təsərrüfatı Nazirliyi hadisə ilə əlaqədar yoxlamaların başlayacağını bildirib.
8 Avqust 2017 13:58 DünyaBir neçə gündür ki, Avropada zəhərli yumurta qalmaqalı gündəmdədir. Niderland, Belçika və Fransada yerləşən marketlərdə tərkibində Fipronil maddəsi olan zəhərli yumurtalar aşkar olunub. Fransa Kənd Təsərrüfatı Nazirliyi hadisə ilə əlaqədar yoxlamaların başlayacağını bildirib.
Qeyd edək ki, iki gün öncə Almaniyadakı marketlərdə aparılan yoxlamalar nəticəsində oxşar hadisə qeyd olunub və xeyli sayda Fipronil tərkibli yumurtalar satışdan çıxarılıb. Hazırda Almaniyanın Aşağı Saksoniya əyalətində prokurorluq hadisə ilə əlaqədar istintaq işlərinin başladıldığını elan edib. Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.