Sarkisyan Ruhanidən nə istəyib?
İranın yeni prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edən Serj Sarkisyan Tehranda həmişəki kimi isti qarşılanıb. İşğalçı rejimin rəhbəri Həsən Ruhani ilə görüşüb, “İrna” Agentliyinə müsahibə verib, hətta islam dövətinin Avropa ilə əlaqələrinin gücləndirməsinin vacibiyindən danışıb. Yəni Serj Ruhaniyə məsləhət verməkdən də çəkinməyib. Qısası Tehranda Dağlıq Qarabağın ilhaqına haqq qazandırmaq üçün Sarkisyana geniş siyasi imkanlar yaradılıb.
8 Avqust 2017 13:34 Siyasətİranın yeni prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edən Serj Sarkisyan Tehranda həmişəki kimi isti qarşılanıb. İşğalçı rejimin rəhbəri Həsən Ruhani ilə görüşüb, "İrna" Agentliyinə müsahibə verib, hətta islam dövətinin Avropa ilə əlaqələrinin gücləndirməsinin vacibiyindən danışıb. Yəni Serj Ruhaniyə məsləhət verməkdən də çəkinməyib. Qısası Tehranda Dağlıq Qarabağın ilhaqına haqq qazandırmaq üçün Sarkisyana geniş siyasi imkanlar yaradılıb.
Görünür rəsmi Tehran Ermənistan üçün nəfəslik olmağı davam etdirmək niyyətindədir. Hətta İrəvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq üçün yollar axtarır. Erməni mətbuatının yazdığına görə, Ruhani ilə Sarkisyan arasında aparılan müzakirələrdə İran-Ermənistan-Türkmənistan qaz kəməri layihəsinin reallaşdırılması, Tehrandan İrəvana dəmiryolu xəttinin çəkilməsi kimi məsələlər əsas müzakirə mövzusu olub. Daha dəqiq desək sadalananlar fars rejiminin işğalçı bir ölkə ilə həyata keçirmək istədiyi yeni layihələrdir.
Dağlıq Qarabağ məsələsinə gəlincə, Ruhaninin dedikləri xüsusi ilə diqqət çəkib. İran prezidenti bildirib ki, ölkəsi münaqişəyə üçüncü dövlətin qarışa biləcəyindən narahatdır. Görünür İrandakı hamiyyət Azərbaycanın beynəlxalq arenada artan nüfuzundan ehtiyatlanır. Hər bir halda Azərbaycan İranın münaqişəyə necə yanaşdığını, hansı prizmadan baxdığını çoxdan anlayıb. İslam dövətinin işğalçıya hərtərəfli dəstəyi elə İranın üçüncü dövət kimi Ermənistanın yanında olmasından xəbər verir. Ümumiyyətlə, Tehranın Bakının əleyhinə apardığı siyasi dəsti-xətt Azərbaycanda heç zaman birmənalı qarşılanmayıb. Müsəlman qardaşlığından danışan bir ökənin əməldə müsəlman qanına susayan rejimi müdafiə etməsi, yumşaq desək, ikrah doğurur. Üstəlik sözügedən mənzərə daha da dərinləşməkdədir.
Bütün bunların fonunda Azərbaycan lazım olanı edir. Bu da nəticə verməkdədir. Bakının dostları prioritet olan Dağlıq Qarabağ münaqişəsində ölkəmizi meydanda tək qoymayacaq. Bu reallığı istər Tehranda, istərsə də İrəvanda həzm edə bilməsələr belə. Bölgədə kimin dost və ya kimin üzdə dost olduğu tam olaraq şəkillənməkdədir. Bu gün Azərbaycan beynalxalq aləmdə öz ədalətli mövqeyini müdafiə etməkdə heç bir çətinlik çəkimir. Əksinə, məqsədə hədəflənən konkret siyasi addımlarla İrəvanı getdikcə dalana dirəməkdədir. Bir sözlə desək Bakı müttəfqilərini müəyyənləşdirib, xarici diplomatiyamız dövlətimizin maraqlarını tam qoruyacaq qədər böyük imkanlara malikdir.