Triatlonçumuz 6-cı oldu
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatını 6-cı yerdə tamamlayıb. 750 metrlik su məsafəsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib. Nəhayət, yarışın son mərhələsi - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisilə 6-cı yerə layiq görülüb.
8 Avqust 2017 11:59 İdmanAzərbaycanın triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatını 6-cı yerdə tamamlayıb. 750 metrlik su məsafəsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticəsilə qət edib. Nəhayət, yarışın son mərhələsi - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticəsilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisilə 6-cı yerə layiq görülüb.
Turnirdə 39 idmançı mübarizə aparıb. Yarışın qalibi isə britaniyalı Corciya Teylor-Braun olub. Goal.az