İraqda kütləvi məzarlıq aşkarlandı
İraqın Salahaddin əyalətinin Tikrit şəhərində kütləvi məzarlıq aşkarlanıb. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, cəsədlərin 2014 – cü ildə İŞİD terror təşkilatı tərəfindən öldürülərək dəfn olunan iraqlılara məxsus olduğu güman edilir. Aşkarlanan 200 orqana isə DNT testi ediləcək. İraq rəsmiləri kütləvi məzarlıqda cəsədlərin sayının artacağını ehtimal edir.
8 Avqust 2017 09:54 Dünyaİraqın Salahaddin əyalətinin Tikrit şəhərində kütləvi məzarlıq aşkarlanıb. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, cəsədlərin 2014 - cü ildə İŞİD terror təşkilatı tərəfindən öldürülərək dəfn olunan iraqlılara məxsus olduğu güman edilir. Aşkarlanan 200 orqana isə DNT testi ediləcək. İraq rəsmiləri kütləvi məzarlıqda cəsədlərin sayının artacağını ehtimal edir.
Qeyd edək ki, cəsədlərin Tikritdəki Speicher hərbi məktəbində təhsil alan gənc hərbiçilərə məxsus olduğu ehtimal olunur. Belə ki, 2014 - cü il iyunun 12 - də İŞİD terror qruplaşması Speicher hərbi məktəbinə hücum təşkil edərək, 700 gənc əsgəri qətlə yetirmişdilər. Hücumdan öncə məktəbdə 4 min şagird təhsil alırdı.