Rusiyalı dünya çempionu Azərbaycanı əsas rəqib saymadı

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı bizim üçün ayrı bir döyüş olacaq. Bu turnirdə də kifayət qədər ciddi rəqiblərimiz var. Bunu Rusiya millisinin voleybolçusu Svetlana Kryuçkova deyib.  İkiqat dünya çempionu olan libero sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatındakı hədəflərindən danıb.

Azərbaycan yığmasını əsas rəqibləri sırasında görməyən Kryuçkova bildirib ki, hər bir matç çətin keçəcək: "Birinci sırada duran iddialı rəqiblərimiz Serbiya, Türkiyə və Hollandiya yığmalarıdı. Ümumiyyətlə, döyüşəcəyimiz bir çox komandalar var. İndidən finalda Rusiya və Serbiyanın qarşılaşacağını demək də mümkün deyil. Hər rəqib xarakter göstərə bilər. Buna görə də hər komandaya qarşı maksimum köklənməliyik". Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31