Saakaşvili Polşaya Ukrayna pasportu ilə gəldi - VİDEO
7 Avqust 2017 17:11 DünyaGürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail SaakaşviliPolşaya daxil olduğu sənədi - Ukrayna vətəndaşının pasportunu təqdim edib. Bununla bağlı müvafiq video Saakaşvilinin Facebook səhifəsində bu gün - 7 avqustda yerləşdirilib.
"Mən (...) Amerikada aeroporta getdim, təyyarəyə əyləşdim, onlar mənim pasportuma baxdılar, heç bir problem olmadı. Baxmayaraq ki, Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov ABŞ-da fəaliyyətdə olan səfiri çağırıb xəbərdarlıq etmişdi ki, məni bu pasportla buraxmasınlar", - deyə Avromaydan tərəfdarları ilə görüşündə siyasətçi açıqlama verib.
Saakaşvili əlavə edib ki, Polşaya uçub gələndə də ona gülümsəyib "Xoş gəlmisiniz" deyiblər. O sonda həmçinin vurğulayıb ki, Ukrayna pasportunun olması ilə fəxr edir. Virtualaz.org