"Güclü valideyn, güclü gələcək" adlı maarifləndirmə tədbirləri keçiriləcək
"Gənc Vətəndaş" İctimai Birliyi Ailə Hüquq Akademiyası layihəsi çərçivəsində "Güclu valideyn, güclü gələcək" maarifləndirmə tədbirlərinə başlayır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı İctimai Birliyin sədri Günel Səfərova verib. Bildirib ki, layihə çərçivəsində sentyabr ayından etibarən sırf valideynlərə yönəlik tədbirlər təşkil olunacaq. Layihədə valideyn məsuliyyətini artırmaqla yanaşı uşaqları zorakılıqdan, təhlükələrdən qorumaq yolları haqqinda biliklər veriləcək. Psixoloq və sosial işçilər tərəfindən aparılacaq kurslarda hər iki valideynin iştirakı mütləqdir.
7 Avqust 2017 15:44 Sosial"Gənc Vətəndaş" İctimai Birliyi Ailə Hüquq Akademiyası layihəsi çərçivəsində "Güclu valideyn, güclü gələcək" maarifləndirmə tədbirlərinə başlayır. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı İctimai Birliyin sədri Günel Səfərova verib. Bildirib ki, layihə çərçivəsində sentyabr ayından etibarən sırf valideynlərə yönəlik tədbirlər təşkil olunacaq. Layihədə valideyn məsuliyyətini artırmaqla yanaşı uşaqları zorakılıqdan, təhlükələrdən qorumaq yolları haqqinda biliklər veriləcək. Psixoloq və sosial işçilər tərəfindən aparılacaq kurslarda hər iki valideynin iştirakı mütləqdir.