XİN rəsmisi Kosta-Rika müvəqqəti işlər vəkilini qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycan Respublikasında səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu təqdim edib. Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib. Bu barədə XİN-dən "Olaylar"a verilən məlumata görə, müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycan Respublikasında səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu təqdim edib. Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31