ABŞ Ermənistana hansı xəbərdarlığı edib?
Son vaxtlar Ermənistanda Rusiyanın asılılığından qurtularaq Qərbə doğru yeni inteqrasiya yolunu tutması ətrafında səslənən fikirlər istər ölkə rəhbərliyində, istərsə də müxtəlif dairələrdə ən çox mübahisə predmetli mövzuya çevrilib. Xüsusilə, Qərb meylli siyasətdə aparıcı rola malik olan ABŞ-ın dövlət rəsmilərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir ərəfədə Ermənistan tərəfi ciddi təlaşlar keçirməyə başlayıb. Əbəs yerə deyil ki, Ermənistan prezidenti Serj Sarkisyan “yeni ideyası” çərçivəsində İran qazının ölkəsi üzərindən Avropaya çatdırılması planını irəli sürməklə, Qərb qarşısında nüfuz formalaşdırmağa çalışıb. Ancaq bu ideyanın reallaşdırılması uzun müddət tələb etməklə yanaşı, Avropanın siyasi dairələri tərəfindən hələ ki, ciddi qəbul edilmir. Çünki ortada Rusiya faktoru var və Ermənistan Rusiyanın vassalı olaraq öz vədinə xilaf çıxmayacağını kimsəyə sübut edə bilməz. Görünür, ABŞ da ümumilikdə Qərb siyasətinin avanqard gücü kimi öz şərtlərini irəli sürüb və nəticəsini gözləyir.
7 Avqust 2017 15:38 DünyaYaxud, Rusiyanın əllərini sallayaraq ermənilərlə vidalaşacağını gözləmək sadəcə sadəlöhvlük olardı...
Son vaxtlar Ermənistanda Rusiyanın asılılığından qurtularaq Qərbə doğru yeni inteqrasiya yolunu tutması ətrafında səslənən fikirlər istər ölkə rəhbərliyində, istərsə də müxtəlif dairələrdə ən çox mübahisə predmetli mövzuya çevrilib. Xüsusilə, Qərb meylli siyasətdə aparıcı rola malik olan ABŞ-ın dövlət rəsmilərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir ərəfədə Ermənistan tərəfi ciddi təlaşlar keçirməyə başlayıb. Əbəs yerə deyil ki, Ermənistan prezidenti Serj Sarkisyan "yeni ideyası" çərçivəsində İran qazının ölkəsi üzərindən Avropaya çatdırılması planını irəli sürməklə, Qərb qarşısında nüfuz formalaşdırmağa çalışıb. Ancaq bu ideyanın reallaşdırılması uzun müddət tələb etməklə yanaşı, Avropanın siyasi dairələri tərəfindən hələ ki, ciddi qəbul edilmir. Çünki ortada Rusiya faktoru var və Ermənistan Rusiyanın vassalı olaraq öz vədinə xilaf çıxmayacağını kimsəyə sübut edə bilməz. Görünür, ABŞ da ümumilikdə Qərb siyasətinin avanqard gücü kimi öz şərtlərini irəli sürüb və nəticəsini gözləyir.
Amerikalı analitik Pol Qobla görə, ABŞ prezidentinin bəyanatı Ermənistana da aiddir
Məsələn, ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniyaya, Gürcüstana və Çernoqoriyaya səfəri zamanı prezident Donald Trampın bir sıra ölkələrə xəbərdarlığını çatdırıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın "lragir.am" saytının analitik bölməsi yazaraq qeyd edir ki, Trampın sözlərini çatdıran Pensin bəyanatına görə, ABŞ Şərqi Avropada müttəfiqləri ilə bir yerdədir və onun ölkəsi ilə əməkdaşlıq edən digər ölkələri Rusiya aqressiyasından müdafiə etməyə hazırdır.
Bu arada erməni nəşri tanınmış amerikalı analitik Pol Qoblun Trampın bəyanatı istiqamətində digər erməni xəbər saytı - "1in.am"a verdiyi şərhi diqqətə çatdırıb. Belə ki, Qobla görə, ABŞ prezidentinin bəyanatı Ermənistana da aiddir. "Lakin burada Ermənistanın da Rusiyaya münasibətindən çox şey asılıdır"-deyə amerikalı analitik bildirib. SİTAT: "Zaman-zaman ABŞ Ermənistanın Rusiyaya və rus aqressiyasına münasibəti baxımından, bu ölkəyə tez-tez nəzarət edəcək. Əgər Yerevan Moskvanı müdafiə edəcəksə, çətin ki, onun ABŞ-la münasibətləri genişlənə bilsin".
Sanksiyalar nəhəng qaz layihələrinə qarşı hədəflənib
Erməni nəşri həmçinin yazır ki, Maykl Pensin səfərləri ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi ilə üst-üstə düşüb. "Xüsusilə, sanksiyalar nəhəng qaz layihələrinə qarşı hədəflənib, onlar Rusiyaya zərbə təsiri verdi. Bu, sözsüz ki, iqtisadi və siyasi cəhətdən Moskvanın potensialına təsir edəcək. Yəni ABŞ-ın dəstəyi yalnız bəyanatlarında deyil, konkret fəaliyyətində də görünəcək"-deyə sözügedən mövzunu şərh edən "lragir.am" həmçinin yazır ki, ekspertlərin rəyinə görə, hazırkı sanksiyaları əks etdirən qanunun universallığı manevrlər üçün geniş sahə açır: "Məsələn, qanun imkan verir ki, Rusiya layihələrində iştirak edən istənilən ölkə cəzalandırıla bilər.Bununla, Rusiyanın izoləsi daha da dərinləşir və onun partnyorları beynəlxalq maliyyə imkanlarından mərhum olurlar. Eyni zamanda, Rusiya ətrafındakı məngənə yavaş-yavaş sıxılır..."
Müstəqilliyini Rusiyaya peş-kəş etmiş Ermənistan rəhbərliyi Şimal qonşusundan yaxa qurtara bilməsi üçün qurbanlar verməyə hazır olmalıdır
Qoblun şərhinə davam edən nəşr qeyd edir ki, amerikalılar yalnız iqtisadiyyatla qənaətlənməyəcəklər, zamanı çatacaq siyasi faktor da qüvvəyə minəcək. "Tramp administrasiyasının xarici siyasət trendi və vektoru daha aydın şəkildə görünməyə başlayır"-yazan erməni nəşrinə görə, belə hesab etmək olar ki, o (Tramp) qlobal cavabdehlikdən yayınaraq, "özünüizolə" siyasəti yürüdür və Amerikanın daxili problemlərinə konsentrə olunur. "Lakin Amerika özünü izolə edə bilməz, əks halda bu ölkə daxili məqsədlərini həll edə bilməz"-deyə nəşrin analitik bölümündə bildirilir.
Beləliklə, erməni nəşrinin yazdıqlarından da qənaətə gəlmək mümkündür ki, hazırda anti-Rusiya küləkləri əsən rəsmi Yerevan çox çətin və çıxılmaz vəziyyətdə qalıb. Daha dəqiq desək, müstəqilliyini Rusiyaya peş-kəş etmiş Ermənistan rəhbərliyi Şimal qonşusundan yaxa qurtara bilməsi üçün qurbanlar verməyə hazır olmalıdır. İstər Dağlıq Qarabağ problemi ətrafındakı inadkarlıq siyasəti, istərsə də digər məsələlərdə Rusiyaya bel bağlayan Ermənistan indi bu siyasətindən əl çəkməli və Qərbə doğru meyllənməlidir. Bu zaman Qərbin, xüsusilə ABŞ-ın Ermənistana nə qədər etibar edəcəyi məsələsi də böyük sual altında qala bilər. Hər halda, Ermənistanda hərbi bazaları, sərhəd qoşunları olan Rusiyanın əllərini sallayaraq ermənilərlə vidalaşacağını gözləmək sadəcə sadəlöhvlük olardı...
Sia.az