Peskov: "Rusiya İranın NPT-də qalacağına ümid edir"- ÖZƏL

Moskva Nüvə Silahının Yayılmaması haqqında Müqaviləni (NPT) nüvə silahının yayılmaması rejiminin təməl daşı hesab edir və Tehranın müqavilənin məsul tərəfi olaraq qalacağına ümid edir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Daha əvvəl İran Məclisinin (Parlament) sədr müavini Əli Nikzad bildirib ki, Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır.
Kremlin sözçüsü vurğulayıb ki, "İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməzdik. NPT-ni yayılmama rejiminin təməl daşı hesab edirik. Və yenə də ümid edirik ki, İran bu müqavilənin vacib və məsuliyyətli tərəfi olaraq qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31