Gürcüstan-Rusiya münaqişəsinin region üçün təhlükəsi
2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi çoxdan bəri bölgədə “dondurulmuş” münaqişələr haqqında elmi diskussiyaya predmetinə çevrilmişdir. Postsovet məkanı, Qərb və Rusiya alimləri 2008-ci il hadisələrinin səbəb və nəticələrini, ayrı-ayrı aspektlərini və kənar aktorların bölgədə rolunu ətraflı təhlil edirlər. Bir sıra müəlliflər regional münaqişələrlə enerji təhlükəsizliyi məsələlərinin qarşılıqlı əlaqəsini xüsusi qeyd edirlər.
7 Avqust 2017 14:13 DünyaƏlimusa İbrahimov: "Bu münaqişə bölgədə enerji layihələrinə və təhlükəsizliyə mühüm təsir göstərmişdir"
2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi çoxdan bəri bölgədə "dondurulmuş" münaqişələr haqqında elmi diskussiyaya predmetinə çevrilmişdir. Postsovet məkanı, Qərb və Rusiya alimləri 2008-ci il hadisələrinin səbəb və nəticələrini, ayrı-ayrı aspektlərini və kənar aktorların bölgədə rolunu ətraflı təhlil edirlər. Bir sıra müəlliflər regional münaqişələrlə enerji təhlükəsizliyi məsələlərinin qarşılıqlı əlaqəsini xüsusi qeyd edirlər. Bəzi ekspertlər isə hesab edir ki, Rusiya-Gürcüstan müharibəsi və Rusiya-Ukrayna münasibətlərində sonrakı dövrdə dərinləşən böhran bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir. Moskvanın məqsədi Gürcüstanın, sonradan isə Ukraynanın NATO-ya üzv olmasına imkan verməmək, Rusiyadan yan keçməklə enerji ehtiyatlarının Avropaya nəqli layihələrinin həyata keçirilməsini əngəlləməkdir.
Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, politoloq Əlimusa İbrahimov hesab edir ki, Rusiya-Gürcüstan qarşıdurmasının regionda energetika sahəsində vəziyyətə təsiri problemi Xəzər regionundan enerji ehtiyatlarının Gürcüstan ərazisi vasitəsilə nəqli müstəvisində nəzərdən keçirilməlidir: "SSRİ-nin dağılması ilə bəzi keçmiş sovet respublikaları (Azərbaycan, Qazaxıstan, Türkmənistan) böyük enerji daşıyıcılarının müstəqil sahibləri kimi meydana çıxsa da, infrastrukturun zəifliyi və açıq dənizə çıxışın olmaması səbəbindən, faktiki olaraq, onları dünya bazarına ixrac etmək imkanından məhrum idilər. İlkin mərhələdə bu problemin yeganə həll yolu Rusiya ərazisindən tranzit idi. Xarici investisiyaların meydana gəlməsi hesabına sonrakı dövrdə bütün bu problemlər həllini tapdı. Siyasi baxımdan aydındır ki, bu dövlətlərin sonrakı inkişafı və suverenliyini qorumaq qabiliyyəti onların enerji ehtiyatlarının dünya bazarlarına ixracının inkişafından asılı idi. ABŞ Xəzəryanı və Mərkəzi Asiya ölkələrindən alternativ neft və qaz kəmərləri layihələrinə fəal dəstək verirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası Azərbaycan, Gürcüstan və Türkiyə arasında infrastruktur layihələrdə fəal əməkdaşlığa təkan verməklə, iqtisadi inkişaf üçün güclü zəmin yaratdı. Bu proses, eyni zamanda, enerji ehtiyatlarının Avropaya nəqli və "Nabukko" layihəsinin inkişafı üçün zəruri imkanların formalaşmasını təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması və Türkmənistan və Azərbaycan qazının Gürcüstan və Türkiyə ərazisi vasitəsilə nəqli üçün "Nabukko" kəmərinin inşası haqqında sazişin imzalanması Avropaya enerji ehtiyatlarının əsas ixracatçısı kimi Rusiyanın inhisarçı mövqeyini dəyişdi".
Yeri gılmişkən xatıarladaq ki, bəzi ekspertlər qeyd edirlər ki, Rusiya onun ərazisindən yan keçən boru kəmərlərinin inşasını özünün geosiyasi iddialarına "meydan oxuma" kimi qiymətləndirdi. Hələ 2009-cu ildə bir çox müşahidəçilər Gürcüstan böhranı ilə Ukrayna-Rusiya qaz mübahisəsi arasında paralellər aparırdı. Qeyd olunurdu ki, son məqsəd Ukrayna və Gürcüstanın Avropaya və Avro-Atlantik məkanına inteqrasiyasına yol verməməkdən ibarətdir. Kremlin addımları, ilk növbədə, Avropa Birliyinə regionda kimin söz sahibi olduğunu nümayiş etdirmək məqsədi güdürdü. ABŞ isə bölgədə nə Avropa Birliyinin, nə də Rusiyanın rolunun güclənməsində maraqlı deyildi. Təhlükəsizlik məsələsinə gəlincə, politoloq hesab edir ki, bu sahədə başlıca problemlər postsovet məkanındakı "dondurulmuş" münaqişələr, separatçılıq meyllərinin fəallaşması, bölgədə nüfuz dairələrinin yenidən bölüşdürülməsi, hərbi əməliyyatların aparılması üçün üçüncü dövlətlərin ərazisindən istifadə imkanları idi: "Rusiya-Gürcüstan qarşıdurmasının başlanğıcı 1990-cı illərin ortalarına təsadüf edir. 2000-ci illərin əvvəllərində Moskva postsovet məkanına münasibətini üç amilə əsasən müəyyənləşdirirdi: NATO-nun şərqə doğru genişlənməsi, enerji təchizatının alternativ yollarının inkişafı, "rəngli" inqilablar. NATO-nun şərqə doğru genişlənməsi nə gəlincə, Alyansın 2008-ci ilin aprelində Buxarestdə keçirilən sammiti ərəfəsində RF rəhbərliyi dəfələrlə Ukrayna və Gürcüstanın Şimali Atlantika blokuna daxil olmasının Rusiyanın milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu və buna yol verməmək üçün bütün addımların atılacağını bildirmişdi. Bu tezis RF-nın 2008-ci ilin iyulunda açıqlanan Xarici siyasət konsepsiyasında da təsbitini tapmışdı. 2008-ci ilin fevralında Kosovonun müstəqilliyinin bəyan edilməsi Gürcüstanın və Moldovanın regionlarında müstəqillik hərəkatlarının fəallaşmasına rəvac verdi. Cənibi Qafqaz regionunda da "dondurulmuş" münaqişələrin nizamlanması üçün "Kosovo presedenti" ideyasından fəal istifadə olunurdu. Rusiya Kosovonun müstəqilliyinin tanınmasına qəti etiraz edirdi. Lakin 2008-ci ilin sentyabrında Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Cənubi Qafqazın separatçı bölgələri "Kosovo presedenti"ndən ruhlanaraq, onların müstəqilliyinin tanınmasında təkid edirdilər. Rusiya-Gürcüstan münaqişəsinin kəskinləşməsində Ukrayna və Gürcüstana NATO-nun tərəfdaşı statusunun verilməsinə dair danışıqlar da öz təsirini göstərdi. Rusiyanın diplomatik səyləri nəticəsində Alyansın 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstana NATO-nun tərəfdaşı statusunun verilməsindən imtina olundu". Onun sözlərinə görə, 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi Qərbi olduqca çətin vəziyyətə saldı. Qərb dövlətləri sürətli və qəti qərar qəbul edərək Rusiya rəhbərliyinin hərəkətlərinə adekvat cavab verə bilmədilər: "Hələ 2008-ci il martın 6-da RF MDB-nin Abxaziya və Cənubi Osetiyaya qarşı iqtisadi sanksiyalar haqqında qərarına əhəmiyyət verməyərək, bu separatçı bölgələrlə əməkdaşlığın dərinləşdirilıməsi xəttini seçdi. 2008-ci ilin mayından etibarən RF Şimali Qafqazda, o cümlədən Gürcüstanla sərhəddə "Qafqaz-2008" hərbi təlimlərinə və Qara dənizdə hərbi-dəniz manevrlərinə başladı. Cənubi Osetiyanın seçilməsi təsadüfi deyildi. 2008-ci ilə qədər Abxaziyada vəziyyət daha gərgin idi. Lakin 2007-ci ildə Abxaziya yaxınlığında yerləşən Soçidə (Rusiya) 2014-cü il Qış olimpiya oyunlarının keçirilməsi haqqında qərar qəbul edildikdən sonra regionda vəziyyətin pisləşməsi təhlükəsizlik mülahizələrinə görə oyunların keçirilməsindən imtina olunmasına səbəb ola bilərdi. Cənubi Osetiyada vəziyyəti gərginləşdirmıəklə RF tərkibindəki Şimali Osetiyanın da dəstəyini təmin etmək məqsədi güdülürdü".
Alim