Ekspert: “Ölkəmizdə işsizlik səviyyəsi minimuma endirilib”
“Azərbaycanda iqtisadi islahatların əsası Ulu Öndər tərəfindən qoyulub”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib. Onun sözlərinə görə, sonrakı mərhələdə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud baza əsasında yeni iqtisadi islahatlara keçid edildi: “Ən vacib məqamlardan biri də regionların sosial-iqtisadi inkişaf konsepsiyasının qəbul edilməsi idi.
7 Avqust 2017 13:10 Siyasət"Azərbaycanda iqtisadi islahatların əsası Ulu Öndər tərəfindən qoyulub". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib. Onun sözlərinə görə, sonrakı mərhələdə Prezident İlham Əliyevin təşəbbüsü ilə mövcud baza əsasında yeni iqtisadi islahatlara keçid edildi: "Ən vacib məqamlardan biri də regionların sosial-iqtisadi inkişaf konsepsiyasının qəbul edilməsi idi. Məhz bu iqtisadi inkişaf xəritəsinin uğurlu icrasının nəticəsində son beş ildə regionlarımız yüksək sürətli inkişaf yoluna qədər qoydular. Bugun regionlarda hər il müxtəlif zavod və fabriklər açılır, müxtəlif texnoloji müəssisələr istifadəyə verilir. Bütün bu islahatlatın əsas qayəsində insan faktoru dayanır. Prezident Qaxda keçirdiyi müşavirədə bu məqamı xüsusi olaraq qeyd edib. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə işsizlik səviyyəsi minimuma endirilib, əhalinin sosial rifahı yüksəlib. Bütün bunlar ölkəmizin post neft erasına uğurlu keçidinin elementləridir".