Erməni kinorejissoru: “Bu, eyni qəsdin tərkib hissəsidir”

“Biz gərək hər şeyi öz adları ilə çağırmağı öyrənək: erməni-rus münasibətləri mövcud deyil, ona görə ki, zaman-zaman verilən rəsmi məlumatlar o qədər saxtalaşdırılıb ki, artıq buna öyrənmişik”. Bu barədə erməni konorejissoru Tiqran Xzmalyan Ermənistanda erməni-rus münasibətlərinə yenidən baxılması vacibliyi ətrafındakı ictimai rəyə münasibətini bildirərkən deyib.

"Biz gərək hər şeyi öz adları ilə çağırmağı öyrənək: erməni-rus münasibətləri mövcud deyil, ona görə ki, zaman-zaman verilən rəsmi məlumatlar o qədər saxtalaşdırılıb ki, artıq buna öyrənmişik". Bu barədə erməni konorejissoru Tiqran Xzmalyan Ermənistanda erməni-rus münasibətlərinə yenidən baxılması vacibliyi ətrafındakı ictimai rəyə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, ikinci respublikanın dövlətçilik marağı 1999-cu ilin 27 oktyabrında məhv edilib: "Bu, "KQB"nin planları daxilində idi. "Ermənistan-bir sıra siyasi texnologiyaların, polis texnologiyalarının sınaq poliqonudur. Bu sınaqlar birinci dəfə Ermənistanda keçirilir, sonra isə Rusiyada və başqa ölkələrdə işə salınır".

"Xatırlayın, bizim üçün faciəvi olan 27 oktyabr hadisələrindən iki ay sonra bəlli oldu ki, dövlət çevrilişi arxasında dayanan adamlar bundan öncə Rusiyadakı dövlət çevrilişində iştirak edibər. Bu, eyni qəsdin tərkib hissəsidir"-deyə erməni konorejissoru bildirib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31