Ruhani Sarkisyana dedi: “Qarabağ münaqişəsi yalnız siyasi yolla həll edilə bilər”

Ermənistan və İran prezidentləri Serj Sarkisyan və Həsən Ruhani Tehranda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Sarkisyan münaqişənin hazırki vəziyyəti ilə İran prezidentini məlumatlandırıb.  Ruhani isə qeyd edib ki, münaqişə yalnız siyasi yolla həll oluna bilər. Qarabağ münaqişəsi ilə yanaşı görüşdə iki ölkə arasındakı münasibətlər də müzakirə olunub. 

Qeyd edək ki, Ermənstan prezidenti Serj Sarkisyan ötən həftənin şənbə günü İranın növbəti dəfə seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edib. Görüş səfər çərçivəsində baş tutub. AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31