İran ordusunda itki: 4 ölü, 8 yaralı

Hadisə İranın paytaxtı Tehranın cənub hissəsində yerləşən Hava Qüvvələrinə aid Kehrizek atış sahəsində qeydə alınıb. 

Hadisə İranın paytaxtı Tehranın cənub hissəsində yerləşən Hava Qüvvələrinə aid Kehrizek atış sahəsində qeydə alınıb.  Ölkənin Mehr xəbər agentliyinin yaydığı məlumata görə, əsgərlərdən birinin ətrafa atəş açması nəticəsində biri mayor olmaqla, ordunun 4 əsgəri ölüb, 8-i isə yaralanıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimallara görə, əsgərin sinir sisteminin yerində olmaması və ya silahın nəzarətdən çıxmış ola biləcəyi irəli sürülüb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31