4 min 272 əsər geri qaytarıldı
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədən qanunsuz yolla çıxarılaraq, xarici ölkələrə satılan 4 min 272 əsər yenidən Türkiyəyə qaytarıldı. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, 2003-dən bu günə qədər xarici ölkələrdə həyata keçirilən tədbirlərin sayəsində minlərlə əsər yenidən Türkiyə qaytarıldı. Nazirliyin məlumatlarına görə, Türkiyəyə geri gətirilən ilk əsərlər 2004-cü ildə İsveçrənin Sürix şəhərində ələ keçirilən 396 əsər oldu. Türkiyədən qaçırılan və Fransada olduğu müəyyən olunan Sultan 2 - ci Abdülhəmidə aid 18 əşya, 2005-ci ildə İngiltərədəki Aphrodisias Friz Bloğunun 2006-cı ildə qaytarılması təmin edildi. Nazirlik 2007-ci ildə isə Avstriya, İngiltərə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədən ümumi 349 əsərin qaytarılması reallaşdırıldığını bildirib. Bu əsərlər arasında Zirehli İmperator heykəli başı, stel hissələri, Laodikya Antik şəhərinə aid bürünc əl, Roma üzüyü və sikkələr də var.
7 Avqust 2017 09:53 DünyaTürkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədən qanunsuz yolla çıxarılaraq, xarici ölkələrə satılan 4 min 272 əsər yenidən Türkiyəyə qaytarıldı. "Olaylar" "Huriyyet" - ə istinadən bildirir ki, 2003-dən bu günə qədər xarici ölkələrdə həyata keçirilən tədbirlərin sayəsində minlərlə əsər yenidən Türkiyə qaytarıldı.
Nazirliyin məlumatlarına görə, Türkiyəyə geri gətirilən ilk əsərlər 2004-cü ildə İsveçrənin Sürix şəhərində ələ keçirilən 396 əsər oldu. Türkiyədən qaçırılan və Fransada olduğu müəyyən olunan Sultan 2 - ci Abdülhəmidə aid 18 əşya, 2005-ci ildə İngiltərədəki Aphrodisias Friz Bloğunun 2006-cı ildə qaytarılması təmin edildi. Nazirlik 2007-ci ildə isə Avstriya, İngiltərə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədən ümumi 349 əsərin qaytarılması reallaşdırıldığını bildirib. Bu əsərlər arasında Zirehli İmperator heykəli başı, stel hissələri, Laodikya Antik şəhərinə aid bürünc əl, Roma üzüyü və sikkələr də var.
Həmçinin, Perge Antik şəhərindən qaçırılan və 31 il ərzində vətənində ayrı qalan "Yorgun Herakles" (Herakl) heykəlinin üst qisimi və içərisində Boğazköy Sfenksinin də olduğu ümumi 1885 əsər qaytarılıb.
Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniya, İsveçrə, Bolqarıstan, ABŞ, Avstraliya və İngiltərənin də daxil olduğu ölkələrdən 2012-ci ildə 86, 2013 30, 2014-cü ildə 86, 2015-ci ildə isə 39 əsərin qaytarılması təmin edilib. Beləliklə, 2003-2017-ci illərdə Anadoludan xaricə qaçırılan ümumi 4 min 272 əsər yenidən Türkiyəyə qaytarıldı. Əsərlər Türkiyənin müxtəlif muzeylərində sərgilənəcək.