Məşhur rejissor Kim Ki Dukun  adı qalmaqalda

Koreyalı məşhur  rejissor Kim Ki Dukun adı qalmaqalda hallanır. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, rejissorun  2013 – cü ildə çəkdiyi və ən çox insidentin baş verdiyi "Moebius" filmində çəkilən qadın aktrisa Kim Ki Dukaya qarşı iddia qaldırıb. Beləki, aktrisa filmdə rejissorun ona qarşı şiddət göstərərək ssenaridə görünməyən bir intim səhnəsində oynamağa məcbur etdiyini bildirir.

Koreyalı məşhur  rejissor Kim Ki Dukun adı qalmaqalda hallanır. "Olaylar" "Cumhuriyyet" - ə istinadən bildirir ki, rejissorun  2013 - cü ildə çəkdiyi və ən çox insidentin baş verdiyi "Moebius" filmində çəkilən qadın aktrisa Kim Ki Dukaya qarşı iddia qaldırıb. Beləki, aktrisa filmdə rejissorun ona qarşı şiddət göstərərək ssenaridə görünməyən bir intim səhnəsində oynamağa məcbur etdiyini bildirir. 41 yaşındakı aktrisa rejissorun onu alçaltdığını, əvvəllər ssenaridə olmayan şiddət və  cinsi səhnələrdə oynamağa məcbur etdiyini bildirir. Aktrisa  hadisədən sonra filmdən etiraz etdiyini və başqa bir aktrisanın onu əvəz etdiyini qeyd edib. Filmin rejissoru  Kim Ki Duk isə açıqlamasında bildirir ki, yanlış davrandığının fərqində olmasına baxmayaraq, haqqındakı ittihamları qəbul etmir. "Mən dörd il bundan əvvəl nə olduğunu açıq-aydın xatırlamıram, amma aktyorlar daha realist rol oynamaq üçün göstərmə prosesində idi", - deyə, rejissor bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31