ABŞ-dan hospitala fosforlu bombardman
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Rakka şəhərində yerləşən hospitala fosfor bombaları ilə aviazərbələr vurub. Bu haqda “Qızıl Aypara” Cəmiyyətinin yerli bölməsinin başçının müavini Dina əl-Əsədə istinadən Suriyanın SANA agentliyi bildirib. Məlumata görə, hospitala 20-dən çox mərmi atılıb. Onun sözlərinə görə, binada İŞİD terrorçuları yox idi. “Qızıl Aypara”nın nümayəndəsi qeyd edib ki, hospital şəhərdə təxminən 100 min insana xidmət edir.
5 Avqust 2017 15:40 DünyaABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Rakka şəhərində yerləşən hospitala fosfor bombaları ilə aviazərbələr vurub.
Bu haqda "Qızıl Aypara" Cəmiyyətinin yerli bölməsinin başçının müavini Dina əl-Əsədə istinadən Suriyanın SANA agentliyi bildirib.
Məlumata görə, hospitala 20-dən çox mərmi atılıb. Onun sözlərinə görə, binada İŞİD terrorçuları yox idi. "Qızıl Aypara"nın nümayəndəsi qeyd edib ki, hospital şəhərdə təxminən 100 min insana xidmət edir.
SANA agentliyi daha əvvəl - iyunun 9-da koalisiya qüvvələrinin Rakkada aviazərbələr zamanı fosfor bombaları tətbiq etdiyini xəbər verib. Agentliyin məlumatına görə, ən azı 17 nəfər aviazərbələrin qurbanı oldular.
Qeyd edək ki, fosfor döyüş sursatlarının tətbiqi beynəlxalq razılaşma ilə qadağandır. Publika.az