Gündəm
Yəhudilərin gücünün qaynağı ORTAYA ÇIXDI - İNANILMAZ MƏQAMLAR
Yəhudilər əsrlər boyu dəfələrlə məruz qaldıqları haqsızlıqlar, kütləvi qətliamlar və qırğınlara baxmayaraq dünyanın ən müdrik və güclü milləti hesab edilir. Onlar haqda hələ də minlərlə əfsanələr, lətifələr dolaşır. Hesab olunur ki, bu xalq daim rastlaşdığı çətin vəziyyəti öz xeyirinə həll edib, sonunda qalib olmağı bacarır. Bu bacarıq isə birdən-birə formalaşmır. Yəhudilərin malik olduqları məqsədyönlük, təmkin, zəhmətkeşlik və elmə böyük maraq onlara uşaqlıqdan aşılanır. Odur ki, yəhudilərin uğurunun sirrini çözmək üçün onların tərbiyə üsullarını öyrəmək lazımdır.
Erotik səhnələri ilə reytinqləri qıran “Fi” serialından BÖYÜK ŞOK
İzlənmə reytinqləri qıran “Fi” serialı yeni mövsümdə tamaşaçılara böyük şok yaşadacaq. Yeni mövümdə Serenay Sarıkaya serialın təkcə 4 bölümündə yer alacaq. Gözəl aktrisanın seriala necə vida edəcəyi də indidən bəllidir. Yeri gəlmişkən, baş rol ifaçılarından Ozan Güvən yeni seriaların sentyabrın ilk həftəsindən yayımlanmağa başlayacağını açıqlayıb.
Filippində zəlzələ
Filippinin cənubunda, Mindanao adası yaxınlığında 6.0 bal gücündə zəlzələ baş verib. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, yeraltı təkanların episentri Santos şəhərindən 22,5 km aralıda, ocağı isə 80 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Cəbhədə gərginlik
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 141 dəfə pozub. "Olaylar" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Antidepressantlar haqqında dəhşətli faktlar
BBC-nin apardığı araşdırmalara görə, antidepressantlar son 30 ildə 28 cinayətə səbəb olub. Tədqiqatın nəticələrinə görə 2016-ci ildə 40 milyona yaxın SSRI adlı antidepressant resepti yazılıb. Bu dərmanlar beyindəki kimyəvi seratonin fermentini yüksəldir. Antidepressant qəbulunun zərərli olmadığı deyilsə də, istifadə edənlərin çoxunda zorakılığa meyl olduğu aşkarlanıb. “Imperial College” Londonda professor işləyən Piter Tyrer bildirib ki, antidepressant nadirən də olsa insana əks təsir göstərir. Bu təsir insanın olduğu mühitə görə dəyişir. Antidepressant istehsal edən dünya şöhrətli dərman firması Pfizer SSRI adlı antidepressantlar ilə aqressiv hərəkətlər və şiddətə meyl arasında güclü əlaqə olduğunu dilə gətirdi.
Bu kənddə 24 ildən sonra ilk dəfə dərs keçiriləcək
Cocuq Mərcanlı kənd orta məktəbi sentyabrın 15-dən 44 şagird və 14 müəllimlə fəaliyyətə başlamağa tam hazırdır. Bunu Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova deyib. Şöbə müdirinin bildirdiyinə görə, müəllimlərin 8-i Cocuq Mərcanlıda yeni salınan qəsəbəyə köçən və indiyə qədər heç bir yerdə işləməyən şəxslərdir. “8 nəfərin şəxsi işləri nəzarətə götürülüb. Onlar Təhsil Nazirliyində işə qəbul imtahanından keçiblər. Minimum balı keçənlər işə qəbul olunacaq. Minumum bal toplamayanlar isə müddətli müqavilələrlə işə götürüləcək. 4 müəllim – tarix, fizika, ingilis dili müəllimi və psixoloq bizim öz müəllimlərimizdir. Cocuq Mərcanlıya köçdükləri üçün Təhsil Nazirliyi tərəfindən onların yerdəyişməsi aparılıb. Kənddə kimya müəllimi yoxdur. Füzülinin Qazaxlar kəndindən bir müəllim gəlib, saat hesabı dərs deyəcək.
İnsan ətindən “Moskovski“ “Servelat” kolbasası- Paytaxt yaxınlığında rəzalət
Ekspertlər: “Kolbasaların tərkibinə adam əti də daxil olmaqla hər cür murdar şey qatılır...” Yəqin ki, söhbət küçələrdə, tində-bucaqda ölüb-qalan kimsəsiz “bomj”ların, “alkaş”ların ətindən gedir.... Paytaxt yaxınlığındakı ət kombinatlarından birində istehsal edilən kolbasaların tərkibində insan ətinin də olduğu aşkarlandı. Söhbət Rusiya paytaxtı yaxınlığında, “Mortadel” ət kombinatından gedir.
Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün bu gündən ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər. Ali məktəblərə V qrup üzrə ixtisas seçimi avqustun 10-dək aparılacaq.
Yeni doğulan körpəyə morfi vurdu: “Çox ağlayırdı…”
Xəstəxanada baş verən hadisə dünya mediasını dəhşətə gətirib. İtaliyanın Verona şəhərindəki xəstəxanalardan birində tibb bacısı yeni doğulan körpəyə heç bir tibbi əsas olmadan və reseptsiz şəkildə morfi vurub. Polislər tərəfindən saxlanılan tibb bacısı bunu uşağı sakitləşdirmək üçün etdiyini deyib: “Çox ağlayırdı, susdurmaq üçün etdim”.
Somalidə partlayış
Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Şəhərdə minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Minalanmış avtomobil xəstəxananın qarşısında partladılıb. İnsidentə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Hava, su və torpağın çirklənmə göstəriciləri açıqlandı
Xakerlikdə ittiham edilən gənc həbs olundu
May ayında ortaya çıxan Vanna kray (WannaCry) virusu İngiltərədəki səhiyyə sistemindən başlayaraq bir çox dövlət və özəl sektorların gizli məlumatlarını ələ keçirərək ölkəyə ciddi zərər vurmuşdu. Federal Tədqiqatlar Bürosu (FBİ) virusu dayandıran gənci saxlayıb. 23 yaşlı təhlükəsizlik mütəxəssisi Mark Hatxins "Defcon" və "Blackhat" təhlükəsizlik konfranslarında iştirak etmək üçün Las-Veqasa gedərkən saxlanılıb. Virusu dayandıracaq tətbiqi hazırlayan Mark daha sonra İngiltərədə Milli Kiber Təhlükəsizlik Mərkəzi ilə işləməyə başlayıb. Faktla bağlı heç bir şərh verilməyib.
Bakıda daha bir avtomobil yandı
Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Renault Logan" markalı minik maşını qəfildən sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyini aşıran avtomobil ikinci dərəcəli yola keçib və yanmağa başlayıb.
“Youtube” terrorizmlə mübarizə üçün kompüter təlimindən istifadəyə başlayıb
“YouTube” servisi terror xarakterli kontentin aşkarlanması və ləğvi üçün kompüter təlimindən istifadəyə başlayıb. Bu barədə servisin rəsmi bloqunda deyilir.
Günəş batareyası ilə təchiz edilmiş günəşdən qoruyan eynəklər yaradılıb
Günəş batareyalarının populyarlığı ildən-ilə artır. Bina və avtomobillərin damları günəş batareyaları ilə örtülür, "ağıllı" saat və başqa aksesuarlara qurulur. Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edirlər ki, XXI əsrin ortalarında günəş enerjisi elektrik enerjisinin əsas mənbələrindən biri olacaq.














