Xakerlikdə ittiham edilən gənc həbs olundu
May ayında ortaya çıxan Vanna kray (WannaCry) virusu İngiltərədəki səhiyyə sistemindən başlayaraq bir çox dövlət və özəl sektorların gizli məlumatlarını ələ keçirərək ölkəyə ciddi zərər vurmuşdu. Federal Tədqiqatlar Bürosu (FBİ) virusu dayandıran gənci saxlayıb. 23 yaşlı təhlükəsizlik mütəxəssisi Mark Hatxins "Defcon" və "Blackhat" təhlükəsizlik konfranslarında iştirak etmək üçün Las-Veqasa gedərkən saxlanılıb. Virusu dayandıracaq tətbiqi hazırlayan Mark daha sonra İngiltərədə Milli Kiber Təhlükəsizlik Mərkəzi ilə işləməyə başlayıb. Faktla bağlı heç bir şərh verilməyib.
5 Avqust 2017 09:37 DünyaMay ayında ortaya çıxan Vanna kray (WannaCry) virusu İngiltərədəki səhiyyə sistemindən başlayaraq bir çox dövlət və özəl sektorların gizli məlumatlarını ələ keçirərək ölkəyə ciddi zərər vurmuşdu. Federal Tədqiqatlar Bürosu (FBİ) virusu dayandıran gənci saxlayıb.
23 yaşlı təhlükəsizlik mütəxəssisi Mark Hatxins "Defcon" və "Blackhat" təhlükəsizlik konfranslarında iştirak etmək üçün Las-Veqasa gedərkən saxlanılıb.
Virusu dayandıracaq tətbiqi hazırlayan Mark daha sonra İngiltərədə Milli Kiber Təhlükəsizlik Mərkəzi ilə işləməyə başlayıb. Faktla bağlı heç bir şərh verilməyib.
Anası və dostu Markın hazırda harda olduğu haqqında məlumat ala bilmir. 20 saatdır itkin düşən Mark son olaraq FBİ-ın Las-Veqasdakı bölgə ofisində saxlanılıb. Publika.az