Gündəm
İdeal valideyn kimdir?
Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq öz aralarında ciddi problemlərlə üz-üzə qalan valideynlərin sayı kifayət qədərdir. Belə ailədə olan uşaqlar valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
Terrorçuluq niyə məğlubedilməzdir?
Beynəlxalq terrorizm bəşəriyyəti ciddi şəkildə təhdid etməkdədir. Zaman-zaman Qərbin, Avropanın əli ilə yaradılan terror təşkilatları bu gün Yaxin Şərqi sanki qan gölünə çevirib. Suriyadan İraqa, Yəməndən Liviya, Misir və digər ərəb ölkələrinə qədər hər yerdə terror dalğası əsdirən bu təşkilatlar indi də Avropanın, Qərbin başına bəla açıb. Son bir neçə ildə Fransada, Almaniyada, Belçika və İspaniyada həyata keçirilən terraktlar bunun əyani sübutudur.
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur
Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək yanılmarıq. Qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikada ötən müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır. Əgər Aran zonası üzrə pambıqçılıq ənənəvi, spesifik sahə hesab olunursa, şimal-qərb zonasında bu sırada tütünçülük, baramaçılıq və fındıqçılıq mühüm yer tutur. Yaxud şimal zonası əsasən meyvəçiliklə diqqət çəkdiyi halda, cənub zonasında çayçılıq, çəltikçilik və sitrus meyvələrinin əkilib becərilməsi üçün münbit şərait mövcuddur.
Rusiyada məktəbdə atışma: yaralılar var
Moskva vilayətində polis məktəblərin birində atışma törətmiş məktəblini saxlayıb. İvanteevka kəndində məktəbdə atışma baş verib. Hadisə nəticəsində yaralıların olduğu bildirilib. Polis şagird və müəllimlərin binanı tərk etdiyini deyib.
Əli Həsənov: "Azərbaycanın sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri və erməni lobbisini ciddi narahat edir"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı açıqlama verib.
Prezidentin Mətbuat xidməti: Corc Sorosla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır
2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən "BBC News" saytında 2017-ci il sentyabrın 5-də dərc olunan "Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib" başlıqlı və "Guardian" qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti aşağıdakıları bildirir:
Əli Kərimlinin milyonluq korrupsiya əməlləri - AKTUAL+ ARAŞDIRMA
Bir sıra Qərb media qurumlarının zaman-zaman, xüsusilə post seçki və digər əhəmiyyətli ictimai-siyasi hadisələr ərəfəsində Azərbaycanın möhkəm təməllərə söykənmiş güclü dövlətçilik, idarəçilik prinsiplərinə böhtan məqsədli və şantaj xarakterli eyni zamanda heç bir real faktlara və dəlillərə əsaslanmayan çıxışlar etmələri göründüyü kimi, nəticəsiz qalmaqdadır.
İstilər yenidən qayıdır
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 29-34°, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
Azərbaycan XİN Myanmada müsəlmanlara qarşı kütləvi zorakılıq hallarından ciddi narahatdır
Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi bildirib: "Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".
Jurnalist başıaçıq qadınları soyulmuş pomidora bənzətdi - QALMAQAL
Türkiyədə "Yeriyən Böyük Şərq Simpoziumu" adı altında keçirilən iclasda qadın mövzusu müzakirə olunub. Müzakirə zamanı hicab bağlamayan qadınlar soyulmuş pomidora bənzədiliblər.
"Volkswagen Passat" 8 min manata özəlləşdirilib
Sentyabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Bu dəfə də nəqliyyat vasitələri üzrə hərrac rəqabətli mühitdə keçib. Belə ki, ilkin start qiyməti 6 min manata olan "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılıblar
Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçirilir.
Mədəniyyət və Turzim Baş İdarəsi “N” saylı hərbi hissədə tədbir keçirib
Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində tədbir keçirilib. “Olaylar” bildirir ki, konsertdə hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər. Tədbirdə Niyam Səlaminin və Səidə Sultanın çıxışları əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb.Müğənnilərin ifası onlarda xoş əhval-ruhiyyə yaradıb.
Məktəbəhazırlıq qruplarına 14948 uşaq qeydiyyatdan keçib
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 14948 ərizənin onlayn qeydiyyatı aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir
Sentyabrın 4-dən 10-dək Seul şəhərində (Koreya Respublikası) “Qeyri-müəyyənlik dövründə təhlükəsizlik sahəsində əməkdaşlığa baxış” mövzusunda Seul Müdafiə Dialoqu keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edir.














