Terrorçuluq niyə məğlubedilməzdir?

Beynəlxalq terrorizm bəşəriyyəti ciddi şəkildə təhdid etməkdədir. Zaman-zaman Qərbin, Avropanın əli ilə yaradılan terror təşkilatları bu gün Yaxin Şərqi sanki qan gölünə çevirib. Suriyadan İraqa, Yəməndən Liviya, Misir və digər ərəb ölkələrinə qədər hər yerdə terror dalğası əsdirən bu təşkilatlar indi də Avropanın, Qərbin başına bəla açıb. Son bir neçə ildə Fransada, Almaniyada, Belçika və İspaniyada həyata keçirilən terraktlar bunun əyani sübutudur.

Terrorizmi dəstəkləyən ölkələr buna mane olur

Beynəlxalq terrorizm bəşəriyyəti ciddi şəkildə təhdid etməkdədir. Zaman-zaman Qərbin, Avropanın əli ilə yaradılan terror təşkilatları bu gün Yaxin Şərqi sanki qan gölünə çevirib. Suriyadan İraqa, Yəməndən Liviya, Misir və digər ərəb ölkələrinə qədər hər yerdə terror dalğası əsdirən bu təşkilatlar indi də Avropanın, Qərbin başına bəla açıb. Son bir neçə ildə Fransada, Almaniyada, Belçika və İspaniyada həyata keçirilən terraktlar bunun əyani sübutudur. Ancaq təəssüflər olsun ki, hələ də Qərb, Avropa bütün bu baş verənlərdən nəticə çıxarmayaraq terror təşkilatları yaratmaq, istehsal etmək istiqamətində fəaliyyətlərini davam etdirirlər. Hətta bəzi hallarda terror təşkilatlarına öz dövlətlərini yaratmaq şansı da tanınır, dəstək verilir. Elə PKK terror təşkilatına verilən şans, dəstək də bunun əyani sübutudur. Siyasi təhlilçi Əkrəm Həsənov deyir ki, hazırda Kürdüstan dövləti yaranmaq üzrədir. Onun sözlərinə görə, müxtəlif yollarla, o cümlədən terrorçuluqla kürd xalqı öz dövlətinin yaranmasına nail olmağa çox yaxındır: "Faktiki olaraq kürdlər yəhudilərin yolunu gedir. Niyə? Çünki İsrail də məhz belə yaranıb. İsrailin hazırda terrorçuluğun əleyhinə danışmağına baxmayın, özü də terrorçuluq fəaliyyəti nəticəsində yaranıb. Elə bilirsiz ki, İsraili ABŞ yaradıb? Xeyr, ABŞ və İngiltərə bu dövlətin yaranmasını istəmirdi. İsrail sırf Stalinin istəyi nəticəsində yaranıb. Keçmiş terrorçu Stalinin". Əkrəm Həsənov deyib ki, ötən əsrin əvvəlində Fələstində ərəb yəhudilərdən xeyli çox idi: "Yəhudilər yavaş-yavaş başladı ora köçməyə. İkinci Dünya Müharibəsindən sonra Fələstin ingilislərin hakimiyyəti altında idi. Buna görə də yəhudilər başladı ingilislərə qarşı terror aktları törətməyə və nəticədə 1948-ci ildə dövlətlərini yaratdılar. Belə ki, məsələn, 22 iyul 1946-cı ildə Qüdsdə "Çar Davud" mehmanxanasını partlatmışdılar, xeyli ingilis və ərəb ölmüşdü. 2006-cı ildə İsrail həmin terror aktının 60 illiyini təntənəli qeyd etmişdi və indiki baş naziri Binyamin Netanyahu da orada iştirak etmişdi. Təbii, yəhudilər bunu terror aktı hesab etmir! Buna görə də Fələstin müsəlmanları da indi eyni yolla öz dövlətlərini yaratmaq istəyirlər. Məntiq sadədir: axı niyə yəhudilər gəlib bizim ərazidə terror yolu ilə dövlət yarada bilər, biz isə yox? Kürdlər də eyni məntiqdən çıxış edir! Buna görə də hətta BirləşmişŞtatlar da onları silahlandırır. Ona görə ki, onları terrorçu hesab etmir. Terrorçuluğun universal tərifi yoxdur. "Terrorçuluq" sadəcə sizin dəstəkləmədiyiniz zorakılıqdır, vəssalam! Hərənin öz baxışı ola bilər burada. Kimə necə sərf edir, elə də istifadə edir bu termindən. Siyasət çirkin şeydir, biz isə siyasətçilərin təlqin obyekti. Xüsusilə Qərb siyasətçilərinin, riyakarlıqda onların tayı yoxdur. Eyni əməlləri törədənlərin birinə terrorçu deyirlər, amma digərinə yox. İsveçrəli tarixçi Daniele Ganser sual verir: axı niyə II Dünya Müharibəsi zamanı Fransanı istila etmiş almanlara qarşı olan zorakılıq qəhrəmanlıq, amma hazırda müsəlmanların öz azadlığı uğrunda törətdiyi zorakılıq terrorçuluqdur?. Buradan bir nəticə çıxır. Güclü olmaq lazımdır. Beynəlxalq hüquq, ümumbəşəri dəyərlər, insan haqları və s. yaxşı şeylərdir, amma reallıqda əsasən işləmir. Əksinə, bütün bunlardan gözdən pərdə asmaq üçün istifadə edirlər. Məsələn, bu günlərdə Yaxın Şərq probleminə diqqət çəkən, həmin prosesləri analiz edən əksəriyyəti hesab edirdi ki, Fələstin ərəbləri "terrorçu", yəhudilər isə "sivil" insanlardır, elə deyilmi? Sizin təqsiriniz yoxdur: sadəcə təbliğatın qurbanısız. Təbliğatın qurbanı olmayın. İnsanları ilk növbədə maddi durumları maraqlandırır. Dövlətləri də həmçinin. Buna görə də dünyada maddi resurslar uğrunda amansız savaş gedir. Burada haqlı-haqsız axtarmaq əbəsdir. Sadəcə güclü olmaq lazımdır. Tarix sübut edir ki, meydanda güclü qalır. Nə bilim, indi XXI əsrdir, elm belə gəldi, mədəniyyət elə getdi. Hamısı boş söhbətlərdir. İnsan elə həmin insandır, dəyişməyib. Ona görə də heç kəsin şirin dilinə və təbliğatına aldanmayaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31