Deputatlarımız AŞ PA-nın tədbirinə qatılıblar

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin  iclasları keçirilir.

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin  iclasları keçirilir. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər. Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinləniləcək,  AŞ PA-nın payız sessiyasının gündəlik  layihəsi təsdiqlənəcək, həmçinin yeni siyasi qrupun - "Azad demokratlar qrupu"nun formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulub. Assambleyanın komitələrinin iclaslarında nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək,  öz qeyd  və təkliflərini verəcəklər. İclaslar sentyabrın 7-dən davam edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31