İdeal valideyn kimdir?
Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq öz aralarında ciddi problemlərlə üz-üzə qalan valideynlərin sayı kifayət qədərdir. Belə ailədə olan uşaqlar valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
5 Sentyabr 2017 13:46 SosialAta-ana münasibətlərinin övlada hansı təsiri var?
Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq öz aralarında ciddi problemlərlə üz-üzə qalan valideynlərin sayı kifayət qədərdir. Belə ailədə olan uşaqlar valideynləri ilə "yaxşı vaxt keçirsələr də", ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu Validə Abbasova deyir ki, övladlarla ideal ünsiyyət hər şeydən əvvəl valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini "əmin-amanlıq"da hiss edirlərsə, daha doğrusu ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa, istər-istəməz bunu öz atalıq və ya analıq "rollarında" da əks etdirirlər: "Bu baxımdan, tərəflər arasındakı ünsiyyətin səmimiliyi valideyinin uşağa vermək istədiyi şeylərin (başda tərbiyə olmaqla) daha tez təsir göstərməsi üçün çox vacibdir. Əks halda, bütün səylər boşa gedə bilər. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə, bu, kiçik yaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda "nifrət" hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünəinamın azalmasına səbəb olur. Tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər". Valideyinlət tərəfindın uşaqlara ayrılan zaman daha çox nəsihət verərəklə keçirilir. Bunun yerinə gənclərin zövqlərinə uyğun ortaq fəaliyyətlər tapmaq yaxşı olardı. Çünki bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olur: "Reallıqda isə valideyinlər uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər, davamlı nəsihət verəcək bir hal içinə girirlər. Bəs, belə halda valideynlərin rəftarı uğağa necə təsir edir? Təbii ki, valideyinin hər şeyə müdaxilə etməsi, uşağın davamlı idarə altında tutulması, davamlı nəsihət onların reaksiyasını çəkir. Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər, azadlıqlarının məhdudlaşdırıldığını düşünülər". Bəzən ailədə ana ilə ata arasında davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır. Bu halda valideyinlər nə etməlidir? Psixoloqun qənaətinə görə, heç şübhəsiz ki, valideyinlər uşağların artıq bir şəxsiyyət olduğunu qəbul etməlidirlər: "Övladlarınızın fikirləri, zövqləri sizə tərs gəlsə də belə onları sərt şəkildə tənqid etməyin. Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın. Yetkinlik çağında uşağınızın ən yaxşı yoldaşı siz olun. Yetkinlik dövrü, uşaqlar və ailələri üçün çox çətin keçən bir dövrdür. Uşağınızın hər şeyə etirazlar etdiyi, 'mənim etdiyim doğru" dediyi, davakar olduğu bu dövrü sağlam bir şəkildə sovuşdura bilməsi üçün onun ən yaxşı dostu siz olmalısınız. Nə etməliyik? Hər şeydən oncə tərəflər bir araya gəlməli və mövcud problemləri nəzərdən keçirməlidirlər. Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır. Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız. Yetkinlik caginda onun ən yaxin yoldasi siz olun! Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz. Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar".
Alim