Azərbaycan XİN Myanmada müsəlmanlara qarşı kütləvi zorakılıq hallarından ciddi narahatdır

Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi bildirib: "Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31