Gündəm

Yolu keçən piyada avtomobilin altında qalıb

5 Sentyabr 2017 14:38

Masallı rayonunun Türkoba kəndində “QAZ-3221” markalı avtomobillə kənd sakini vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 4-də saat 20 radələrində Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Elçin Nəsirov idarə etdiyi “QAZ-3221” markalı avtomobillə yolu keçən kənd sakini Zəhra Rzayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oğul atasının evini qarət edib

5 Sentyabr 2017 14:37

Paytaxt Bakıda oğul atasının evini yağıalayıb. Belə ki, Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək  evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlanmasını bildirib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov tutulub. O, hadisəni törətməsini etiraf edib.

NATO toy mərasimini qana buladı

5 Sentyabr 2017 14:35

NATO  hava qüvvələri Əfqanıstanın paytaxtı Kabilin Qarabağ əyalətində bir toyu bombalayıb. "Olaylar" bildirir ki, Qarabağ əyalətinin rəsmisi Abdul Sami Şərifin sözlərinə görə NATO təyyarələri  toy mərasiminə yaxın ərazisə yerləşən  Karci qəsəbəsini bombalamaları nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.  Hadisə ilə əlaqədar istintaq başladıldığı bildirilir. Şahidlərin sözlərinə görə, ölənlərin sayı iki dəfə çoxdur.

Erməni gəlin toyda "Məşədi İbad"ın mahnısına oynadı

5 Sentyabr 2017 14:24

Erməni toyunda gəlin "Uzundərə rəqsi"nin musiqisinə rəqs edib.  Toy mərasimində qonaqların qarşısında rəqs edən gəlinin seçdiyi mahnı qədim Azərbaycan rəqslərindən biri - Uzundərə rəqsinin müsiqisidir.  Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.

Putin Ramzan Kadırovun Myanma ilə bağlı dediklərini şərh edib

5 Sentyabr 2017 14:22

Hər bir insanın şəxsi fikri var və Çeçenistan başçısı Ramzan Kadırovun Myanmadakı hadisələrlə bağlı fikirlərində heç bir müxaliflik yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib. "O ki qaldı Rusiya vətəndaşlarının dövlətin xarici siyasəti ilə bağlı fikirlərinə, hər bir insanın şəxsi fikri və bunu bildirməyə hüququ var", - Putin bəyan edib. Prezident əlavə edib ki, bunun insanın vəzifəsi ilə heç bir asılılığı yoxdur.

Şimal Buzlu Okeanının insanlara verdiyi mükəmməl dərs - BU GÖRÜNTÜLƏR SEHRLİDİR

5 Sentyabr 2017 14:19

Sivilizasiyaya qovuşduqdan bu yana insan oğlu təbiəti çirkləndirməyə davam edir. Nə qədər pis, faciəvi hadisələr yaşasa da, bir müddət sonra hər şeyi unudub yenidən bu zərərli vərdişi təkrarlayır.

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edib

5 Sentyabr 2017 14:14

"Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib". Məlumata görə, bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib.

Politoloq: “Çin və Rusiya ABŞ-ın Şimali Koreya üzrə siyasətini dəstəkləmir”

5 Sentyabr 2017 14:13

“Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi Cənub - Şərqi Asiya regionu dövlətləri üçün kifayət qədər ciddi  təhlükədir. O nüvə silahına sahib olan dövlətdir və proqnozlaşdırılmayan siyasət aparır. Həmçinin Şimali Koreyanın heç bir dövlətlə münasibəti yoxdur”. 

Xidmət rəisi Şəkidə vətəndaşları qəbul edəcək

5 Sentyabr 2017 14:06

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov sentybarın 21-də Xidmətin Şəki rayon şöbəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, qəbula yazılmaq istəyən vətəndaşların 18.09.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə,  bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir. 

Azərbaycan nümayəndə heyəti Özbəkistanda mədəniyyət festivalında iştirak edəcək

5 Sentyabr 2017 14:04

2017-ci ilin 8 sentyabr tarixində Daşkənd şəhərində “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirə YUNESKO-nun İcraiyyə Şurasının Baş direktoru, BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi, Ginnes rekordlar kitabının Baş redaktoru və digər yüksək səviyyəli nümayəndələr dəvət olunub. “Uzbegim” ənənəvi mədəniyyət festivalında iştirak etmək məqsədilə 7-11 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Özbəkistan Respublikasına səfər edəcəklər.

Ərdoğan Myanmanın lideri ilə danışdı

5 Sentyabr 2017 14:01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət müşaviri (baş nazir səlahiyyətlərinə malikdir) Aung San Suu Kyi arasında telefon söhbəti baş tutub.

ATƏT İrəvan nümayəndəliyini rəsmən bağladı

5 Sentyabr 2017 13:59

ATƏT-in İrəvan nümayəndəliyi fəaliyyətini rəsmən dayandırıb. Bu barədə qərar iyulun əvvəlində ATƏT-in Daimi Şurasında mübahisəli müzakirələrdən sonra qəbul olunub. Cənubi Qafqazda fəaliyyət göstərən ATƏT-in yeganə ofisinin bağlanması prosesinin təşkili ilə bağlı şəxsən təşkilatın katibi İrəvana gedib. O, mətbuata açıqlamasında ofisin işini davam etdirməsi üçün konsensus əldə edə bilmədiklərini açıqlayıb. Buna görə də qurumun Ermənistandakı fəaliyyətlərinə son qoymağı qərara alıblar.

“Bəs Şoyqunun lazımsız oyunlarında niyə Azərbaycanla birlikdə iştirak edirdik?...”

5 Sentyabr 2017 13:58

Xəbər verildiyi kimi ötən həftə Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Agile Spirit -2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərində iştirakdan son anda imtina edib. Təlimlərin açılışında məlum olub ki, Ermənistan kontinenti təlimlərə qatılmır və rəsmi İrəvan bu haqda heç xəbərdarlıq etməyə də macal tapmayıb. Baxmayaraq ki, bundan cəmi bir neçə həftə əvvəl Ermənistan NATO-nun Gürcüstanda keçirilən “Noble Partner-2017” təlimlərində iştirak etmişdi.

Erməni bayrağı çıxarıldı, yerinə Azərbaycan bayrağı qoyuldu

5 Sentyabr 2017 13:52

NATO-nun Gürcüstanda keçirilən "Agile spirit 2017" təlimlərinin rəsmi loqosunda Ermənistan bayrağının əvəzinə Azərbaycan bayrağının görüntüsü əks olunub. Bu, Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İşğalçı ölkə rəsmiləri hesab edir ki, Ermənistan bayrağı qəsdən çıxarılıb, yerinə Azərbaycan bayrağı qoyulub. Ermənistanın "Agile Spirit-2017" təlimlərində iştirakı gözlənilsə də, sonradan imtina edilib. "Erməni hərbçilər təlimlərin rəsmi açılış mərasiminə gəlməyib və iştirak etməyiblər. Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindən indiyə kimi heç bir açıqlama almamışıq", - Gürcüstanın Müdafiə Nazirliyinin ictimaiyyət və strateji kommunikasiya bölməsinin rəhbəri Nino Tolordava bildirib.

Ekspert: "Dağlıq Qarabağda Ermənistanın Qarabağ siyasətinin fiaskosunun 26 illiyi qeyd edilib"

5 Sentyabr 2017 13:50

Dağlıq Qarabağda Ermənistanın Qarabağ siyasətinin fiaskosunun 26 illiyi qeyd edilib. Fəlsəfə doktoru Elxan Ələsgərov deyib. O deyib: "Bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan və bir neçə hökumət üzvü Dağlıq Qarabağda bu qanunsuz quruluşun 26 illiyini qeyd ediblər.