Ərdoğan Myanmanın lideri ilə danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət müşaviri (baş nazir səlahiyyətlərinə malikdir) Aung San Suu Kyi arasında telefon söhbəti baş tutub.
5 Sentyabr 2017 14:01 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət müşaviri (baş nazir səlahiyyətlərinə malikdir) Aung San Suu Kyi arasında telefon söhbəti baş tutub. Telefon söhbətində Myanmada müsəlmanlara qarşı həyata keçirilən zorakılıq və qırğınların qarşısının alınması müzakirə olunub. Ərdoğan Arakan müsəlmanlarına qarşı qeyri-insani hərəkətlərdən dərin narahatlığını dilə gətirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə sabah Banqladeşə səfərə edəcək. Qırğınlardan qaçan 123 min myanmalının Banqladeşdə yerləşdirildiyi bildirilir. Xarici KİV-in yazdığına görə, Myanmada müsəlmanlara qarşı hərbi əməliyyatlar Aung San Suu Kyinin birbaşa xeyir-duası ilə həyata keçirilir. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.