Gündəm
İlan, əqrəb, qaraqurd sancmalarının statistikası - 79 nəfər qurban
Azərbaycanda aprel ayından sentyabrın əvvəlinədək 68 nəfər ilan, 8 nəfər əqrəb sancma diaqnozu ilə xəstəxanaya müraciət edib. Bunu özəl olaraq Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
İtaliyada 4 yaşlı uşaq malyariyadan öldü
İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Məlumata görə, həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər. Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub.
“Avropa ilə Türkiyə arasında danışıqlar artıq dayandırılıb”
“Türkiyədəki hazırkı siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqların davam etməsinə imkan vermir”. Məlumata görə, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner deyib.
Politoloq: “Sarkisyan Ermənistandan qıraqda artıq heç kimi aldada bilmir”
“Ermənistan prezidenti Serj Sərkisyanın açıqlamasına görə ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın fikirləri istefa vermiş məmurun daha sərbəst statusda bildirdiyi fikirlərdir. Başqa sözlə, siyasi və hüquqi gücü yoxdur”.
Dilqəm Əsgərov barədə MÜƏMMA - Huquq müdafiçəsi yeni İDDİA səsləndirdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib.
Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb
Son bir ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev açıqlamasında bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33%-dən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb.
Maddi maraqları dövlətçilikdən üstün tutanlar
Bir qayda olaraq mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etmək və ictimai-siyasi hadisələr ərəfəsində Azərbaycana qarşı informasiya savaşına start verilir. Necə ki, hazırda bu savaşının növbəti mərhələsi müşahidə edilməkdədir. Savaşın başladığı areal və onun səbəbləri də dəyişməz olaraq qalır-Avropa və gələn il ölkədə keçiriləcək prezident seçkiləri. Başlıca məqsəd isə seçki ilinə qədər Azərbaycan dövləti, hakimiyyəti, ən əsası onun prezidenti barədə Qərbdə, Avropada mənfi rəy formalaşdırmaq, həm dövlət, həm də onun birinci şəxsinin nüfuzuna, siyasi karyerasına zərbə vurmaqdır. Bu prosesdə lokomotiv rolunu Almaniya və Hollandiya oynasa da, lakin antiAzərbaycan kampaniyasının əsas iştirakçıları nə qədər qəribə və təəssüfedici olsa da, öz içimizdən çıxan “siyasilər”dir. Daha doğrusu müxalifətin radikal qanadı sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasında vaxtı ilə təmsil olunan, hazırda isə Avropada, xüsusilə qeyd etdiyimiz iki ölkədə mühacir həyatı yaşayan “azərbaycanlılardır”. Və, ən qorxulusu isə odur ki, ölkəsinə qarşı informasiya savaşına start vermiş həmin siyasiləri birləşdirən “dəyər” erməni lobbisinin maliyyə dəstəyidir.
“Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci sayı işıq üzü görüb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün ikinci sayı işıq üzü görüb. “Olaylar” bildirir ki, jurnal Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır. Sonra dövlət başçısının IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi, Birinci vitse-prezident Mehriban Əliyevanın nitqi və forum iştirakçılarının çıxışlarından parçalar çap edilib. “Azərbaycançılıq” bölməsində may ayının 10-da Almaniyanın Auqsburq şəhərində “Azərbaycanın Gənc Dostları Klubu”nun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan multikulturalizminin siyasi banisi, ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda keçirilən ikigünlük beynəlxalq nəzəri-praktik konfransın gündəliyi verilib.
Myanmarda nələr baş verir?
Bu günlər əsas diqqət mərkəzində olan ölkələrdən biri Myammardır. Bəzi dövlətlər burada müsəlmanların kütləvi şəkildə qətlinə seyriçi kimi baxır, bəziləri isə bu qətliamın tezliklə durdurulmasını, ona son qoyulmasını istəyir, bu istiqamətdə hansısa addımlar atmağa çalışır. Myammardakı insanlıq dramına son qoyulması istiqamətində Türkiyənin fəallığı xüsusilə seçilir. Lakin təəssüflər olsun ki, Ankaranın təşəbbüsü beynəlxalq səviyyədə, xüsusilə də dünyanın supergücləri tərəfindən dəstək qazanmadığından hələ ki, müsəlmanların kütləvi şəkildə soyqırımını önləmək qeyri-mümkün olaraq qalır. Hər ötən gün isə yüzlərlə insanın həyatı bahasına başa gəlir. Bütün dünya mətbuatı bu barədə yazsa da, lakin beynəlxalq təşkilatlar və güclər bu istiqamətdə konkret addım atmağa tələsmirlər. Əksinə daha çox insanın, bir qədər də dəqiqləşdirsək müsəlmanın qətlə yetirilməsinə şərait yaradırlar.
Avtomobil oğrusu ölkədən qaçmaq istədi
Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.
Buffon: "Ronaldo, sanki, laboratoriyada yaradılmışdı"
İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffon braziliyalı Ronaldonun qüsursuz bir futbolçu olduğunu düşünür. 39 yaşlı "əlcək sahibi" "sambaçı" haqda fikirlərini bildirib. Buffon fenomen Ronaldonun karyerası ərzində üz-üzə gəldiyi ən çətin hücumçu olduğunu deyib. "Marca" nəşrinə açıqlama verən təcrübəli qapıçı Ronaldonun ünvanına təriflər yağdırıb: "Mənim başıma hər cür dərd açan hücumçu Ronaldo idi, braziliyalı olan. Qüsursuz bir futbolçu idi. Güclü, sürətli, texnikalı və cəld idi. Sanki, laboratoriyada yaradılmışdı. Ağızları açıq saxlayırdı".
Məşhurların pis vərdişləri: "Gündə 80 dəfə əllərimi yuyuram"
"ATV maqazin onlarla" verilişi məşhurlar arasında sorğu apararaq onların pis vərdişlərini soruşub.
“Qəbələ” futbol klubu ECA-ya üzv qəbul olundu
“Qəbələ” futbol klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul edilib. Klubumuz 2017/2018-ci il mövsümündə Azərbaycanın qurumdakı üç təmsilçisindən biri olacaq.
Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tərtər rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, fond iş adamlarından intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.
Bakıda doğranmış meyit tapılıb
Bu gün Bakı şəhərinin Hövsan qəsəbəsində insan meyiti tapılıb. Məlumata görə, qəsəbə ərazisindən keçən kanaldan bədəninin bir çox əzaları kəsilmiş meyit tapılıb. Hadisə yerinə əməliyyat qrupu və hüquq-mühafizə orqanlarının digər nümayəndələri cəlb edilib. Öldürülən şəxsin kimliyi və əsas əlamətləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.














