İtaliyada 4 yaşlı uşaq malyariyadan öldü

İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Məlumata görə, həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər. Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub.

İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Məlumata görə, həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər. Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub. Həkimlərin səylərinə baxmayaraq, ötən gün uşaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb. Belə ki, uşağın hansı şəraitdə malyariyaya yoluxma faktı öyrəniləcək. Məlum olub ki, uşağın ailəsi son aylar ölkə hüdudlarını tərk etməyib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31