Buffon: "Ronaldo, sanki, laboratoriyada yaradılmışdı"

İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffon braziliyalı Ronaldonun qüsursuz bir futbolçu olduğunu düşünür. 39 yaşlı "əlcək sahibi" "sambaçı" haqda fikirlərini bildirib. Buffon fenomen Ronaldonun karyerası ərzində üz-üzə gəldiyi ən çətin hücumçu olduğunu deyib. "Marca" nəşrinə açıqlama verən təcrübəli qapıçı Ronaldonun ünvanına təriflər yağdırıb: "Mənim başıma hər cür dərd açan hücumçu Ronaldo idi, braziliyalı olan. Qüsursuz bir futbolçu idi. Güclü, sürətli, texnikalı və cəld idi. Sanki, laboratoriyada yaradılmışdı. Ağızları açıq saxlayırdı".

Qeyd edək ki, karyerası ərzində PSV, "İnter", "Real" kimi klublarda çıxış edən Ronaldo Braziliya millisi ilə 1994 və 2002-ci illərdə dünya çempionu olub. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31