Maddi maraqları dövlətçilikdən üstün tutanlar

Bir qayda olaraq mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etmək və ictimai-siyasi hadisələr ərəfəsində Azərbaycana qarşı informasiya savaşına start verilir. Necə ki, hazırda bu savaşının növbəti mərhələsi müşahidə edilməkdədir. Savaşın başladığı areal və onun səbəbləri də dəyişməz olaraq qalır-Avropa və gələn il ölkədə keçiriləcək prezident seçkiləri. Başlıca məqsəd isə seçki ilinə qədər Azərbaycan dövləti, hakimiyyəti, ən əsası onun prezidenti barədə Qərbdə, Avropada mənfi rəy formalaşdırmaq, həm dövlət, həm də onun birinci şəxsinin nüfuzuna, siyasi karyerasına zərbə vurmaqdır.  Bu prosesdə lokomotiv rolunu Almaniya və Hollandiya oynasa da, lakin antiAzərbaycan kampaniyasının əsas iştirakçıları nə qədər qəribə və təəssüfedici olsa da, öz içimizdən çıxan “siyasilər”dir. Daha doğrusu müxalifətin radikal qanadı sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasında vaxtı ilə təmsil olunan, hazırda isə Avropada, xüsusilə qeyd etdiyimiz iki ölkədə mühacir həyatı yaşayan “azərbaycanlılardır”. Və, ən qorxulusu isə odur ki, ölkəsinə qarşı informasiya savaşına start vermiş həmin siyasiləri birləşdirən “dəyər” erməni lobbisinin maliyyə dəstəyidir.  

Yaxud erməni lobbisinin maliyyəsi ilə Azərbaycana qarşı başlayan informasiya savaşının yeni mərhələsi

Bir qayda olaraq mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etmək və ictimai-siyasi hadisələr ərəfəsində Azərbaycana qarşı informasiya savaşına start verilir. Necə ki, hazırda bu savaşının növbəti mərhələsi müşahidə edilməkdədir. Savaşın başladığı areal və onun səbəbləri də dəyişməz olaraq qalır-Avropa və gələn il ölkədə keçiriləcək prezident seçkiləri. Başlıca məqsəd isə seçki ilinə qədər Azərbaycan dövləti, hakimiyyəti, ən əsası onun prezidenti barədə Qərbdə, Avropada mənfi rəy formalaşdırmaq, həm dövlət, həm də onun birinci şəxsinin nüfuzuna, siyasi karyerasına zərbə vurmaqdır.  Bu prosesdə lokomotiv rolunu Almaniya və Hollandiya oynasa da, lakin antiAzərbaycan kampaniyasının əsas iştirakçıları nə qədər qəribə və təəssüfedici olsa da, öz içimizdən çıxan "siyasilər"dir. Daha doğrusu müxalifətin radikal qanadı sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasında vaxtı ilə təmsil olunan, hazırda isə Avropada, xüsusilə qeyd etdiyimiz iki ölkədə mühacir həyatı yaşayan "azərbaycanlılardır". Və, ən qorxulusu isə odur ki, ölkəsinə qarşı informasiya savaşına start vermiş həmin siyasiləri birləşdirən "dəyər" erməni lobbisinin maliyyə dəstəyidir.  

Ölkədəki humanizmdən faydalan bir qrup azərbaycan maragı xarici havadarların marağına qurban verən bir qrup şəxs xaricə otrub sosial səbəkələrdə anti-Azərbaycan kompaniyasi aparır.

Bu gün Avropada siyasi mühacir həyatı yaşayan həmin "azərbaycanlıların" ortaya qoyduqları "fəaliyyət", nümayiş etdirdikləri mövqe, eləcə də sosial şəbəkələrdəki paylaşımları yalnız və yalnız Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, onun nüfuzuna xələl gətirməyə hesablanıb. Əslində başqa cür də mümkün deyil. Çünki həm Bakıdakı radikal düşərgə liderləri, həm də onları maliyyələşdirən erməni lobbisindən aldıqları təlimat bundan ibarətdir: Azərbaycan barədə Avropada mənfi rəy formalaşdırmaq, ölkədə həyata keçirilən islahatlar, görülən işlərə kölgə salmaq, rəsmi Bakının artan siyasi və iqtisadi gücünü aşağılamaq. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, bu gün Avropada mühacir həyatı yaşayan cəbhəçi və müsavatçıların fəaliyyəti məhz bu istiqamətdə köklənib.  Məsələn, Müsavat Partiyasının mühacirətdə olan üzvü Şəhriyar Şəmsəddinovun da "fəaliyyətində" bu məqam aşkar özünü göstərir.  Şəhriyyar Şəmsəddinov Almaniyada keçirilən aksiyaların aktiv işitrakçısı və təşkilatçılarındandır. Radikallar kimi facebook "qəhrəmanı" olaraq tanınan Şəhriyar Şəmsəddinovun sosial şəbəkədəki əsas fəaliyyəti Azərbaycan barədə Almaniyada yalnış məlumat formalaşdırmağa, qərəzli informasiya yaymağa hesablanıb.  Uzağa getməyib, elə onun facebook profilindəki örtük şəklinə nəzər yetirdikdə Şəhriyar Şəmsəddinovun Azərbaycan dövləti, hakimiyətinə qarşı nə qədər qərəzli olduğu aydın görünər. Belə ki, müsavatçı mühacirin örtük şəklində siyasi məhbus kimi qələmə verdikləri şəxslərin fotoları əks olunub. Və onun profilinə daxil olar-olmaz istənilən şəxsdə belə bir fikir formalaşır ki, guya Azərbaycanda insanlar siyasi mövqeyinə görə təqiblərə məruz qalır, həbsə atılırlar.  Düzdür, ağlı başında olan hər bir Azərbaycan vətəndaşı reallığın tamamilə fərqli olduğu qənaətindədir və Şəmsəddin kimi mühacir həyatı yaşayan cəbhəçi və müsavatçıların bu çirkin kampaniyasına inanmır. Ancaq Şəmsəddinin profilinə nəzər yetirən conlar, merkellərdə belə qənaət formalaşır ki, Azərbaycanda çoxlu sayda siyasi məhbus var, burada insanlar siyasi mövqeyinə görə təqib olunur. Göründüyü kimi, bir facebook profili ilə qərəz, yalan məlumat yaymaqla Azərbaycan barədə mənfi rəy formalaşdırılır. Məsələnin digər tərəfinə diqqət yetirək. Qeyd etdiyimiz kimi mühacir həyatı yaşayan müsavatçının facebookdakı örtük şəklində "siyasi məhbus"ların fotoları əksini tapıb və onlara azadlıq tələb edilir. 

Avropada, Almaniyada Azərbaycan, dövlətçilik əleyhinə başlayan informasiya savaşının digər "qəhrəmanlarından" biri də  ictimai siyasi fəal və blogger Lamiyə Əhmədovadır. Adıçəkilən şəxsin də bütün fəaliyyəti dövlətçilik, milli maraqlar əleyhinə yönəlib desək yanılmarıq. Bunu Lamiyə Əhmədovanın sosial şəbəkədəki paylaşımları, videomüraciətlərindən aydın görmək mümkündür. Qısaca xatırlatma edək ki, sözügedən xanım özünü daha çox dindar biri olaraq təqdim edir və dini rituallara bağlı olan biri kimi tanınır. Və sosial şəbəkədə etdiyi paylaşımlarda Azərbaycanda dini tolerantlığın pozulduğu, dindarlara qarşı basqıların olduğu iddiasında bulunur. Ən maraqlısı isə odur ki, Lamiyə Əhmədova Almaniyada özünü daha rahat, azad hiss etdiyini söyləyir. Hansı ki, müsəlmanlara qarşı dözümsüzlük nümayiş etdirən, hər addımda onlara qarşı ədalətsiz davranışlar ortaya qoyan Almaniyada. Yaxud bütün dünyaya tolerant, dini dözümlülük nümayiş etdirən bir ölkə kimi nümunə göstərilən Azərbaycan Lamiyə Əhmədovaya görə qeyri-tolerantdır. Nə qədər qəribə, qəribə olduğu qədər də gülünc deyilmi. Həmçinin demokratiyadan, azadlıqdan danışan birisinin ortaya qoymuş olduğu antidemokratik yanaşma deyilmi?

Yuxarıda qeyd etdiyimiz kimi əslində bu kimi anti Azərbaycan mövqeyi tutmuş şəxslərdən hansısa obyektivlik göstərmək də yersizdir. Çünki onlar Bakıdakı radikal müxalifət liderlərindən, Əli Kərimli və İsa Qəmbərdən və Avropadakı havadarlarından, maliyyə boslarından aldıqları təlimatları icra edirlər. Elə Lamiyə Əhmədovanın qeyd etdiyimiz video müraciətində də bunu aydın görmək mümkündür. 3 dəqiqə 6 saniyəlik videomüraciətin hər bir cümləsində belə xətaya, səhvə yol verən bu "fəalın" nəyə qadir olduğu ona yazılı şəkildə havadarları tərəfindən təqdim edilən mətni üzündən oxuya bilməməsindən aydın görünürdü. Lamiyə Əhmədovanın həmin müraciətdə söylədiyi bir fikir diqqət çəkir. İctimai-siyasi fəal iddia edir ki, Azərbaycanda demokratiya yoxdur, siyasi fəallar təqib olunur. O zaman sual olunur ki, Azərbaycanda demokratiya yoxdursa, sən dövlətçilik əleyhinə yönəlmiş bu kimi fikirləri necə ifadə edə bilirsən? Yaxud siyasi fəallar təqib edilərək həbsə atılırlarsa, o halda biət etdiyiniz Əli Kərimli, İsa Qəmbər, eləcə də digər radikallar necə azadlıqdadırlar?

Görünür ölkəmiz əleyhinə aparılan bu informasiya savaşı, qeyri-sağlam mübarizə üsulu bəzi adekvat tədbirlərin görülməsini zərurətə çevirir. Bu gün Avropada dəbdəbəli həyat tərzi sürüb, antiAzərbaycan fəaliyyətdə bulunan, erməni lobbisinin maliyyəsi ilə düşmən dəyirmanına su tökənlər, şəxsi maraqlarına görə Azərbaycanı satanlar barədə müvafiq ölçü götürməyin zamanı yetişib. Beynəlxalq hüquqi normalar çərçivəsində onların Azərbaycana gətirilməsi təmin olunmalıdır.  Dövlətçiliyə, dövlətə xəyanət yolunu tutan bu kimi şəxslər, Avropada mühacir həyatı yaşayan radikal düşərgə nümayəndələrinin Azərbaycana gətirilib burada hüquqi çərçivədə cəzalandırılması məqbul variantlardan ola bilər. Bu həm gələcək fəaliyyətlərini dövlətçilik əleyhinə qurmağa hesablamış şəxslər üçün dərs olar, həm də radikal düşərgə liderlərini bir qədər ağıllandırar.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31