Myanmarda nələr baş verir?
Bu günlər əsas diqqət mərkəzində olan ölkələrdən biri Myammardır. Bəzi dövlətlər burada müsəlmanların kütləvi şəkildə qətlinə seyriçi kimi baxır, bəziləri isə bu qətliamın tezliklə durdurulmasını, ona son qoyulmasını istəyir, bu istiqamətdə hansısa addımlar atmağa çalışır. Myammardakı insanlıq dramına son qoyulması istiqamətində Türkiyənin fəallığı xüsusilə seçilir. Lakin təəssüflər olsun ki, Ankaranın təşəbbüsü beynəlxalq səviyyədə, xüsusilə də dünyanın supergücləri tərəfindən dəstək qazanmadığından hələ ki, müsəlmanların kütləvi şəkildə soyqırımını önləmək qeyri-mümkün olaraq qalır. Hər ötən gün isə yüzlərlə insanın həyatı bahasına başa gəlir. Bütün dünya mətbuatı bu barədə yazsa da, lakin beynəlxalq təşkilatlar və güclər bu istiqamətdə konkret addım atmağa tələsmirlər. Əksinə daha çox insanın, bir qədər də dəqiqləşdirsək müsəlmanın qətlə yetirilməsinə şərait yaradırlar.
5 Sentyabr 2017 15:08 DünyaEnerji resursları uğrunda mübarizə minlərlə müsəlmanın həyatına son qoyur
Bu günlər əsas diqqət mərkəzində olan ölkələrdən biri Myammardır. Bəzi dövlətlər burada müsəlmanların kütləvi şəkildə qətlinə seyriçi kimi baxır, bəziləri isə bu qətliamın tezliklə durdurulmasını, ona son qoyulmasını istəyir, bu istiqamətdə hansısa addımlar atmağa çalışır. Myammardakı insanlıq dramına son qoyulması istiqamətində Türkiyənin fəallığı xüsusilə seçilir. Lakin təəssüflər olsun ki, Ankaranın təşəbbüsü beynəlxalq səviyyədə, xüsusilə də dünyanın supergücləri tərəfindən dəstək qazanmadığından hələ ki, müsəlmanların kütləvi şəkildə soyqırımını önləmək qeyri-mümkün olaraq qalır. Hər ötən gün isə yüzlərlə insanın həyatı bahasına başa gəlir. Bütün dünya mətbuatı bu barədə yazsa da, lakin beynəlxalq təşkilatlar və güclər bu istiqamətdə konkret addım atmağa tələsmirlər. Əksinə daha çox insanın, bir qədər də dəqiqləşdirsək müsəlmanın qətlə yetirilməsinə şərait yaradırlar.
Myanmarda baş verən proseslərə münasibət bildirən ekspert Natiq Cəfərli də deyir ki, sözügedən ölkədə son günlər müsəlmanlarla buddistlər arasında çıxan münaqişə, bu ölkədə müsəlmanların kütləvi qətli, dinindən asılı olmayaraq yaşanan insanlıq dramı gündəmə gəlir. Amma ciddi müzakirə olunmur, səbəblər araşdırılmır. Onun sözlərinə görə, ölkədə də normal müzakirə ortamı, normal televiziyalar yoxdur ki, heç olmasa belə mövzularda normal diskussiya eşidəsən: "Hamı Türkiyənin ağzına baxır, onlarda da rasional düşüncə artıq bitib, ancaq emosional pafosdan başqa bir şey qalmayıb". Natiq Cəfərli deyib ki, Myanmar uzun illər Çinin nəzarətində olan hərbi xunta vasitəsi ilə idarə olunurdu, bu gün də Çinin həmin ölkəyə ciddi təsirləri var: "1990-cı illərin əvvəlində məlum oldu ki, Myanmar dünyada ən çox neft-qaz, uran olan 20 ölkədən biridir. Bir neçə il öncə Beynəlxalq Enerji Agentliyi elan etdi ki, Myanmar yaxın 30 ildə ən çox yeni neft-qaz yatağı kəşf ediləcək 5 ölkədən biri olacaq. Artıq 2000 -2010-cu illərdə Çin Myanmara 14 milyard dollar sərmayə qoymuşdu. Təbii ki, Qərb şirkətləri bu mənzərəyə seyrici qala bilməzdilər və yeni bir lider, xanım Aung San Suu Kyi ciddi PR olunmağa başlandı, Nobel mükafatı aldı, formal olaraq hakimiyyətə gəldi (hələ də ordu, polis, məhkəmə, dövlət orqanları, faktiki olaraq Çinin oyuncağı olan xuntanın əlindədir). Xanım San Suu Kyi keçən il neft-qaz yataqları ilə bağlı 25 yeni tender elan etdi və hamısını Avropa, Birləşmiş Ştatlar, Cənubi Koreya, Hindistan, Malaziya, İndoneziya şirkətləri qazandılar". Natiq Cəfərli bildirib ki, Myanmarın qaz ehtiyatları 3-5 trilyon kubmetr civarındadır, illik neft hasilatı isə 1 milyo\n tondur: "Amma 3 milyon tona çıxa bilər. Çin görəndəki Myanmarda yatırımları əldən çıxır, Qərb üstələməyə başlayır həmən öz xunta və buddist şəbəkəsi ilə dini qırğın saldı, Qərb şirkətlərini oradan uzaqlaşdırmaq üçün "qeyri-sabit" ölkə imici yaratmağa başladı.
Daha bir böyük siyasi hədəf isə odur ki, Çin öz xalqına və ətraf xalqları demokratiyanın pis bir şey olduğunu, seçkinin xaosa apardığını, demokrat xanım San Suu-nun isə əslində qaniçən cani olduğunu sübüt etməyə çalışır. Bu işdə Rusiya da ona yardım edir - Myanmarla bağlı Britaniyanın təklif etdiyi paketə BMT-də məhz Rusiya veto qoydu. Paketdə Myanmara BMT qoşunlarının getməsi də yer alırdı, Çin anlayır ki, ora Qərb ordusu BMT mandatı ilə gəlsə, bütün ölkə əlindən çıxacaq.
Çox təəssüf ki, bizdə də emosional şərhlər öndədir, məzlum əhalinin, insanların niyə qətl edildiyi, bunun arxasında nə dayandığı araşdırılmır. Təbii ki, nədəni nə olursa-olsun günahsız insanların qətl edilməsi bir faciədir, insanlıq dramıdır. Amma dünya buna susmur, Qərb mediası hər gün bundan yazır, sadəcə Çin bilərəkdən Şimali Koreyadakı "dəli oğlanı" oynadaraq dünyanın diqqətini məhz bu problemdən - Myanmarda müsəlmanların qətlindən yayındırmağa çalışır". Ekspertin sözlərinə görə, Myanmarda baş verənlər Çin kimi, Rusiya kimi dövlətlərin, Qərbin böyük şirkətlərinin nə qədər acımasız, qansız, insanlıq düşməni olduğunu bir daha üzə çıxardı"
Süleyman