Gündəm

Bütün direktorların və müəllimlərin nəzərinə!  Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərd

5 Sentyabr 2017 16:34

Təhsil naziri ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. Məqsəd Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etməkdir.

Azərbaycanda dini plüralizimin təmini gündəlik həyat tərzimizdə aydınlıqla müşahidə olunur

5 Sentyabr 2017 16:33

Ölkəmiz qanunun aliliyinin və bütün azadlıqların mövcud olduğu, birlik, mərhəmət və multietnik yaşamın hökm sürdüyü bir cəmiyyətə sahib olmaqda demokratik təkamül yolu keçib. Uzun illərdir Azərbaycanda yaşayan milli və qeyri-milli azlıqlar Azərbaycan xalqı ilə istiqanlı münasibətlər çərçivəsində ünsiyyət qurduğundan xalqımız milliyyətindən, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün toplumlara hörmət və tolerantlıqla yanaşıb.

77 min manatdan artıq gecikdirilmiş sosial ödənişlər ödənildi

5 Sentyabr 2017 16:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması və əmək hüquqlarının pozulması halları ilə bağlı tədbirlər davam etdirilib. Xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 77 min 115 manat vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 71 min 358 manatı gecikdirilmiş əmək haqlarından, 3 min 701 manatı işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.

QMİ Myanmar hökumətindən müsəlmanlara qarşı qırğını dayandırmağı tələb edir

5 Sentyabr 2017 16:22

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Myanmarda baş verən kütləvi qırğınla bağlı bəyanat verib. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a  daxil olan bəyanatda deyilir: “Azərbaycan Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək, Myanmarda Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik.

"Belə şəxslərə İslam alimi və ya ilahiyyatçı demək nə dərəcədə doğrudur?"

5 Sentyabr 2017 16:19

Günümüzdə dini mövzular və proseslər ən çox müzakirə olunan məsələlərdəndir. Maraqlısı da odur ki, səthi dini biliklərə malik bəzi şəxslər alim, mütəxəssis kimi təqdim olunurlar. Bəs, dini mövzuda fikir bildirən, öz kasad bilgilərinə əsaslanaraq hətta fətva verən, din adından çıxış edən belə şəxslərə İslam alimi və ya ilahiyyatçı alim demək nə dərəcədə doğrudur?!

ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib

5 Sentyabr 2017 16:17

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.

“Qəti addım atılmasa Arakanda daha dəhşətli hadisələrin şahidi olacağıq”

5 Sentyabr 2017 16:15

Arakanda baş verənlərə dünya birliyinin susması və cavab tədbirləri atılmaması ikili standartlardan cavab verir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov səsləndirib. O, bildirib ki, beynəlxalq təşkilatların susması və qəti mövqe qoymaması onların ikiüzlü siyasət yürütmələrinin bariz nümanəsidir: “Xeyli zamandır ki, orada dəhşətli hadisələrin şahidi oluruq.

MM: Ağacan Abıyev sədrlikdən çıxarılmayıb

5 Sentyabr 2017 16:13

Millət vəkili Ağacan Abıyev Parlamentin İntizam Komissiyasının sədrliyindən çıxarılmayıb. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. Xidmət rəhbəri  qeyd edib ki, Milli Məclisin saytında qəbul günlərində texniki səhv düşüb və komissiyanın sədri kimi Ağacan Abıyevin yerinə Siyavuş Novruzovun adı gedib: “Texniki səhv olub və məlumat dəqiqləşdirilməmiş ötürülüb. Komissiyasının sədri dəyişməyib. Millət vəkili Ağacan Abıyev İntizam Komissiyasının sədridir”.

Yanğının 80 faizi söndürüldü – QƏBƏLƏDƏ

5 Sentyabr 2017 16:12

Bir neçə gün əvvəl Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb. “Olaylar” bildirir ki, hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir. 

Vladimir Putin: "İpək yolu layihəsi üzrə ən yaxşı variant seçiləcək"

5 Sentyabr 2017 16:02

"İpək yolu" layihəsi çərçivəsində dəmiryolu magistralı marşrutu hələlik müzakirə olunur. Ən yaxşı variant seçiləcək". Bunu Rusiya prezidenti Vladimir Putin Çində keçirilən BRİKS sammitinin yekununa dair keçirilən mətbuat konfransında bildirib.

Karabakh-Collection designer Leonie Mergen featured in British Vogue

5 Sentyabr 2017 15:55

Berlin-based Leonie Mergen is one of the foremost rising German designers. Having studied at the International University of Art in Berlin and interned at such high-end houses as a Patrick Hellmann in Berlin, her fashion features a rich and inspired mélange of the traditional and the avant-garde, all executed with European finesse. Earlier this year, her A/W 2017 range was unveiled to an expectant public – firstly at the Mercedes-Benz Fashion Week in Berlin, then at London Fashion Week, where it stimulated an interest from the fashion media. Entitled the Karabakh-Collection, the range takes its point of departure from the Azerbaijani Karabakh region, an area of the country that is synonymous with Azerbaijani culture and artisanship, yet has remained under illegal Armenian occupation for a quarter of a century.

Njdenin abidəsinin güllələnməsi - Yerevanın faşist rejiminə mesaj

5 Sentyabr 2017 15:55

Faşistlərlə əlbir olmuş Qaregin Njdenin Ermənistandakı abidəsinin güllələnməsi göstərdi ki, erməni xalqı ölkədə faşist ideologiyasının zorla yayılmasını qəbul etmir. Azadinform xəbər verir ki, bunu “İnterfaks-Azərbaycan”a politoloq Fuad Axundov bildirib. “Bu, yalnız faşist Njdenin başına yox, həm də faktiki olaraq faşizmi dövlət siyasəti statusuna qaldırmış Ermənistan hakimiyyətinin başına atılan güllələrdir.

“Qarabağ kolleksiyası” Britaniyanın “Vogue” jurnalında

5 Sentyabr 2017 15:54

Berlində yaşayan Leoni Mergen moda üzrə ən öndə gedən alman dizaynerlərindən biridir. Berlində Beynəlxalq İncəsənət Universitetində təhsil almış və “Patrik Helman” kimi elitar moda evlərində təcrübə keçmiş dizaynerin sənəti zəngin, ənənəvi və avanqard üslubların qarışığından ilhamlanır və bütövlükdə Avropa zərifliyi ilə ifa edilir. “Olaylar” bildirir ki, bu ilin əvvəllində almaniyalı dizaynerin 2017 - Payız/Qış kolleksiyasının təqdimatı keçirilib. Modelyerin Berlində “Mercedes-Benz”, daha sonra isə Londonda keçirilən moda həftələrində təqdim olunan kolleksiyası modelyerlər, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Qarabağ Kolleksiyası” (Karabakh Collection) adlanan bu layihə öz əsasını Azərbaycanın Qarabağ bölgəsindən götürür.

Həcc zamanı bəzi azərbaycanlı zəvvarların səhhətində problem yaranıb

5 Sentyabr 2017 15:51

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan 5-nin səhhətində problem yaranıb. Həcc missiyasından bildirilib ki, bu, Ərəbistan yarımadasına xas olan keçici virusdur. Bildirilib ki, virus həyati təhlükə törətmir, zəvvarlara ambulator yardım göstərilib və hazırda onlar Həcc missiyasını normal şəkildə davam etdirirlər.

Ermənistanın müdafiə nazirinin müavinindən ŞOK ETİRAF — Qarabağla bağlı

5 Sentyabr 2017 15:50

Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan Azərbaycanın Qarabağ münaqişəsini müharibə yolu ilə həll edəcəyini bildirib. Zakaryanın fikrinə əsasən rəsmi Bakının silahlanmaya böyük pul ayırması bundan xəbər verir. Nazir müavini deyib: "Azərbaycan silahlanma siyasətini bazar və silah çeşidlərini artıraraq davam etdirir. Rəsmi Bakının silahlanmaya böyük pul ayırması Qarabağ münaqişəsinin müharibə yolu ilə həll etmək barədə qərarından xəbər verir".