ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.
Daha sonra ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə çıxış edən Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova bələdiyyələrdə yaradılmış "İctimai-humanitar" sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar" sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31