Həcc zamanı bəzi azərbaycanlı zəvvarların səhhətində problem yaranıb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan 5-nin səhhətində problem yaranıb. Həcc missiyasından bildirilib ki, bu, Ərəbistan yarımadasına xas olan keçici virusdur. Bildirilib ki, virus həyati təhlükə törətmir, zəvvarlara ambulator yardım göstərilib və hazırda onlar Həcc missiyasını normal şəkildə davam etdirirlər.

Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, sonda 900 azərbaycanlı zəvvar Həccə yola düşüb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31