Gündəm

Yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir

5 Sentyabr 2017 17:08

“2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi də işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 190 minə yaxın yeni iş yeri açılıb ki, onun da 148 mini daimidir: “2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir.

Azərbaycan "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ekskluziv partnyorudur

5 Sentyabr 2017 17:07

Moskva photoAzərbaycan sentyabrın 11-14-də Moskva şəhərində keçiriləcək "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin eksklüziv partnyor ölkəsidir. Qeyd edək ki, belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanın "Worldfood Moscow" kimi nüfuzlu sərginin ekskluziv partnyor ölkəsi olması sərginin açılış mərasimindəki banerdə, sərginin internet səhifəsində (http://www.world-food.ru/en-GB/press/news/3980.aspx,http://www.world-food.ru/en-GB/) və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd edilir.

ABŞ-ın qapısında yeni təhlükə - “İrma”

5 Sentyabr 2017 17:06

Atlantik okeanı üzərində formalaşmış “İrma” qasırğası ən yüksək dərəcədə - 5-ci kateqoriyayadək güclənib. Artıq Karib dənizinin bir sıra adalarında qasırğa xəbərdarığı verilib. Sürəti saatda 280 kilometrə çatan qasırğanın Antiqua və Barbuda, Sent Kitts və Nevis, Puerto-Riko adalarına təhlükə törədə biləcəyi bildirilir. Bundan başqa, ABŞ-ın Florida ştatının sahillərinə də qasırğanın çata biləcəyi istisna olunmur.

""Yuventus"un məşhur skautu "Qarabağ"ın oyunçusunu izləyib hesabat verdi"

5 Sentyabr 2017 16:57

Cənubi Afrika yığmasının baş məşqçisi Stüart Bakster "Qarabağ"ın futbolçusu Dino Ndlovunun milli komandaya dəvət almamasından danışıb. Bakster yerli mətbuata açıqlamasında bununla bağlı bunları bildirib:  "Əvvəl də demişdim ki, Ndlovu dünyanın ən yaxşı liqasında oynamır. Lakin o, qol vurursa, bu, adama güvən verir.

Neft hasilatı ilə bağlı məlumat açıqlanıb

5 Sentyabr 2017 16:54

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, məlumatlara əsasən, cari ilin iyul ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib.

Azərbaycan OPEC-i avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırıb

5 Sentyabr 2017 16:52

Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Nazirliyin Tədris Mərkəzində ACCA sertifikatlaşdırma imtahanları təşkil edilib

5 Sentyabr 2017 16:50

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında əməkdaşlıq çərçivəsində “100 uğurlu imza” birgə təlim layihəsi həyata keçirilib. Təşkilatlar arasında əldə edilmiş razılığa əsasən, əməkdaşlıq layihəsinin mühüm komponentlərindən biri Tədris Mərkəzində ACCA  sertifikatlaşdırma imtahanlarının təşkili olub.

"Elektroenergetika haqqında" yeni qanun layihəsi hazırlanır

5 Sentyabr 2017 16:49

"Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 4.2 bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli 243s nömrəli Sərəncamının 2.1-ci bəndində "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması tapşırığı verilib. Bu tapşırığın icrasını təmin etmək məqsədi ilə 2017-ci il 25 iyul tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2017-ci il 3 iyul tarixli 25 nömrəli Əmri ilə yaradılmış İşçi Qrupun 2-ci iclası keçirilmişdir.

Deputat: “Təhsilin inkişafı daim dövlətin diqqət mərkəzindədir”

5 Sentyabr 2017 16:45

"Prezident İlham Əliyev təhsilin yenidən qurulmasına və inkişafına xüsusi əhəmiyyət verir. Bu da səbəbsiz deyil. Çünki təhsilə göstərilən diqqət millətin və dövlətin gələcəyinə olan qayğısı deməkdir". Bunu deyən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlının sözlərinə görə, son illərdə ölkəmizdə minlərlə məktəb binasının tikilib, əsaslı təmir edilib, hətta ən ucqar dağ kəndlərində müasir məktəblər tikilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialın gücləndirilməsinə yönəldir.

Gəncədə evə basqın edilib

5 Sentyabr 2017 16:45

Gəncə şəhərində evə basqın edilib. Məlumata görə, sentyabrın 3-də Gəncə şəhəri ərazisində yaşayan İ.İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Vəliyev tutulub. Araşdırma aparılır. 

Şabran sakininin həyətində çətənə kolu aşkar edilib

5 Sentyabr 2017 16:44

Şabran RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirəbədil kənd sakini Cavad Əlişanovun həyətyanı sahəsindən qohumu Heyrət Əlişanovla birgə kultivasiya yolu ilə yetişdirdikləri 8 ədəd çətənə kolu, 540 qram marixuana və çətənə kolunun kökləri aşkar edilərək götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, eyni zamanda, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Ramin Babayevin evinə baxış zamanı 462,5 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır. 

Evlərdən qızıl və gümüş aparan şəxs tutulub

5 Sentyabr 2017 16:43

Şəmkirdə evlərə qənim kəsilmiş şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-nə keçən gecə şəhər ərazisindəki evlərdən birindən 4500 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Səfərli tutulub.

Kanalizasiyaya düşən şəxs xilas edilib

5 Sentyabr 2017 16:42

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonunun Qarahəsənli kəndində 1 nəfər kanalizasiya quyusuna düşərək köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 10:20-də başa çatmışdır.

Yeri məhv edə biləcək silah: HİDROGEN BOMBASI NƏDİR, NECƏ YARANDI?

5 Sentyabr 2017 16:40

Şimali Koreyanın həyata keçirdiyi hidrogen bombası sınaqları son günlər dünya gündəminə elə “bomba” kimi düşdü.

Ölümcül hala düşən Faytonçu Nazim aylar sonra efirdə - VİDEO

5 Sentyabr 2017 16:37

"Səhər-səhər" verilişinin növbəti qonağı uzun zamandır ağır xətəlikdən əzab çəkən müğənni Nazim Pişyari (Faytonçu) olub. Səhhətində yaranan problemlərlə əlaqədar olaraq uzun zamandır səhnələrdən və efirlərdən uzaq düşən sənətçi, maraqlı açıqlamaları ilə diqqət çəkib.